adalet.az header logo
  • Bakı 20°C
18 Noyabr 2019 12:55
42333
DÜNYA
A- A+

Səfirdən şok: Texnika var, ABŞ bunu İranda edə bilər

Amerika Birləşmiş Ştatlarının Almaniyadakı səfiri Riçard Qrenel Avropa Birliyi və ABŞ-ı İranda insanları senzurasız internetlə təmin etməyə çağırıb.

Adalet.az xəbər verir ki, o, Tvitter sosial şəbəkəsində yazdığı statusda ölkəsinin İran xalqını senzurasız və dövlətin nəzarət edə bilmədiyi internetlə təmin etmək üçün lazım olan bütün texnikaya sahib olduğunu bildirib.

Səfir rəsmi Vaşinqton və Aİ-ni bu sahədə lazım olan bütün addımları atmaq üçün hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, İranda benzin qiymətlərinin atmasına görə başlayan etirazlardan sonra internetə çıxış məhdudlaşdırıb.