adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Noyabr 2019 12:21
28508
ELM VƏ TƏHSİL
A- A+

BANM-a yeni mətbuat katibi təyin olunub

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Ali Məktəbdən Adalet.az -a verilən məlumata görə, bununla bağlı rektor Elmar Qasımov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, noyabrın 14-dən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə "525-ci qəzet”də başlayıb. Daha sonra uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub.

2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə "Fəxri Fərman”larla təltif olunub. "İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.