adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Noyabr 2019 10:04
7894
HADİSƏ
A- A+

Bakıda məşhur şadlıq sarayında kütləvi zəhərlənmə: Bəy və gəlinin halı pisləşdi

Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə "Şahənşah” şadlıq sarayında qeydə alınıb.

Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub.

Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub.

Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb.(oxu.az)