adalet.az header logo
  • Bakı 7°C
16 Noyabr 2019 16:44
24497
ŞOU-BİZNES
A- A+

Bakıya gələn “Altın Kelebek”in siması Demet Özdemir: Bu qədər məşhur olacağımı xəyal etmirdim

"Bu qədər məşhur olacağımı xəyal etmirdim. Amma enerjimə inanırdım. Bu da mənə özümü güclü hiss etdirdi. Xəyal belə etmədiyim bir yerdəyəm. İndi isə Bakıda olmaq,xəyaldan da ötəri bir hissdir. Bir gün bütün bunların qarşılığının olacağına əmin idim”.

Oxu.Azxəbər verir ki, bu sözləri Türkiyənin "Oskarı” sayılan "Altın Kelebek”in bu ilki siması, məşhur aktrisa Demet Özdemir paytaxtBakımızın qonağı olarkən bildirib. Cazibədar və gözəl aktrisamedia əhli ilə görüşüb, onların suallarını cavablandırıb:

"Azərbaycana ikinci gəlişimdir. İlk dəfə Bakıya 10 il əvvəl gəlmişdim. Bakı çox dəyişib, gözəlləşib. Heyran qaldım. Ötən gün İçərişəhəri gəzdim. Restoranların birində milli yemeklərinizin dadına baxdım. Düşbərə, dolma yedim. Şirniyyatlardan isə paxlavanı çox bəyəndim.

Kökəlməkdən çox qorxuram. Bir həftə burada qalsam, ciddi çətinliklər yaşayacağam. Yeməkləriniz türk mətbəxinə çox yaxındır. Müxtəlif ədviyyatları yeməklərinizə qatırsız. Ona görə insan yedikcə yemək istəyir. Mən də yedim, doymadım.

Azərbaycanı çox sevirəm. Özümə qarşı burada isti münasibətgördüm. Bu qədər diqqət və sevgi görəcəyimi düşünmürdüm”.

Formada qalmağının sirrlərini bölüşən cazibədar Özdemir idman üçün vaxtının olmadığını deyib:

"Yeddi ildir ki, dayanmadan işləyirəm. Vaxtım olduqca rəqs edirəm. Yeməyimə və yediklərimə diqqət edirəm. Amma ötən gün hər şeyi pozdum. Azərbaycan mətbəxi sağ olsun(gülür). Formada olduğum zaman özümü çox xoşbəxt hiss edirəm”.

Aktrisaya növbəti sual "Altın Kelebek”in bu ilki azərbaycanlı namizədlərlə bağlı olub. "Onlardan kimi tanıyırsınız?” sualına isə Demetin cavabı birmənalı qarşılanmayıb:

"Çox çətin sualdır. Əfsuslar olsun ki, heç kimi adbaad tanımıram. Buna görə də hər birinizdən üzr istəyirəm. Azərbaycan mahnılarını sevərək dinləyirəm. Sizin mahnılarınız bizim türk mahnılarına çox oxşayır. Ötən gün restoranda olarkən "Sarı gəlin” əsərini dinlədim. Möhtəşəm bir musiqidir”.

Demet Özdemir aktyor Can Yamanla sevgili olması xəbərlərinə isə bu cür reaksiya göstərib: "Heç vaxt bu mövzu haqqında danışmamışam Burada da bu mövzu haqqında hər hansısa şərh vermək istəmirəm. Çünki daha vacib iş üçün bura gəlmişəm”.

Aktrisa iş saatının çoxluğundan şikayət edərəkbəzi şeylərə zaman ayıra bilmədiyini vurğulayıb:

"Pozitiv insanam. Çalışıram ki, günə də belə başlayım. Enerjimi yüksək saxlamaq üçün musiqi dinləyir, kitab oxuyuram. Vaxtım az olsa da, boş vaxt tapan kimi film izləyirəm. Gündə 16-17 saat işləyirəm. Evə qayıdanda da həmin dəqiqə yata bilmirəm. Bədənim rahat olmur. Buna görə də kitab oxuyub, musiqi dinləyəndən sonra yuxuya gedirəm”.

Gözəl aktrisa jurnalistlərlə söhbətində azərbaycanlı xanımlardan bəhs edib:

"Azərbaycan qızları çox gözəldir. Özgüvənlərini görməkxoş oldu. Güclü qadın görmək mənim üçün önəmlidir. Bunu sizin qadınlarda hiss etməkisə məni daha da sevindirdi”.

Görüşün sonunda məşhur jurnalistlərlə səmimi ünsiyyət qurub onlarla bərabər fotolar çəkdirib.