adalet.az header logo
  • Bakı 7°C
16 Noyabr 2019 10:55
14111
HADİSƏ
A- A+

Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucovarvadı Nuranə Orucovanı qətlə yetirib.

Qətlə qadının boşanmaq istəməsi səbəb olub.

Kişi qadın yuxuda olarkənyataq otağının pəncərəsindən daxil olaraq, onaüstündə gətirdiyi bıçaqla səkkizzərbə vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.