adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2019 16:10
14497
HADİSƏ
A- A+

28 yaşlı gənc heyvan bazarında naməlum şəxslər tərəfindən ölümcül döyüldü

Bərdə rayonunda gənc oğlan döyülüb.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun heyvan bazarında baş verib.

Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.

Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb, sonradan isə Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.