Faiq QİSMƏTOĞLU: O PUL SƏNİN DEYİLSƏ...

FAİQ QİSMƏTOĞLU
42809 | 2019-11-16 10:16

... Adamlar çoxvaxt sevinirlər. Ona görə sevinirlər ki, getdikləri yerdə ayaqlarının altındapul görürlər, qızıl əşyalarla üzləşirlər və hətta daha bahalı şeylərə rast gəlirlər.Və onlar aşağı əyilir, o pulu, o qızıl əşyanı dədsinin malı kimi götürüb qoyurcibinə, heç nə olmayıbmış kimi yoluna davam eləyir...

... O pulu, oqızılı itirən adamın isə qanı itin qanına dönür, həftələrlə, aylarla özünə gələbilmir, dərdin və kədərin içində çapalayır. Axı itki pis şeydi. İstəyir birmanat itir, istəyirsə də əlli-yüz manat! Və həmişə də gözün axtarır ki, oitirdiyin pulu, o itirdiyin qızılı nə vaxtsa tapacaqsan . Düzdür, sahibi onutapa bilmir. Amma Allahı sevən vicdanlı insanlar o pulu, o qızılı tapanda heçvaxt sakitləşmir, itkinin sahibini axtarıb tapırlar...

... Dəfələrlə həmavtobusda, həm taksidə, həm də digər nəqliyyat vasitələrində yaddan çıxıb qalanpulu tapan adam ya televiziya kanallarına müraciət edib, ya da elə həminavtobusu idarə edən sürücüyə üz tutub. Çətinliklə də olsa sahibini axtarıbtapıblar və pulu ona qaytarıblar. Səhv eləmirəmsə, hansısa rayonda bir işadamının pul kisəsi yerə düşübmüş, pul kisəsinin yanında onun ünvanı, telefonnömrəsi də varmış. Onu bir uşaq tapır. 15 min manat dəyərində pulu uşaq zəngedib sahibinə verib. 100 dollar da çıxarıb "şirinlik” kimi uşağa verəndə uşaqonu götürməyib və deyib ki, mən özgənin haqqını və pulunu yeyə bilmərəm. Onugötürsəm, axirətdə nə cavab verərəm. Bu 15-16 yaşlı uşağın düşüncəsi, bu da bizsöhbət açacağımız pul tapan qadının münasibəti.

Noyabrın 14-də həmkarım,"Kənd həyatı” qəzetinin baş redaktoru Sabir Hüseynovla metronun "ElmlərAkademiyası” stansiyasından çıxıb 39 nömrəli marşrutun dayandığı dayanacağa gəlirdik.Dayanacağa 2 metr qalmış yolun qırağında səpələnmiş pullar gördük. Biz çatana qədərorta yaşlı, dolu bir qadın beşlik, onluq və manatlıq pulları xüsusi bir canfəşanlıqlayığmağa başladı. Pulları yığandan sonra da dədsinin malı kimi sayırdı. Gözüdoymayıb yenidən ətrafda pul axtarırdı.Xanıma dedik ki, o pul sənin deyil, niyə götürürsən? Heç olmasa soruş gör, bəlkədayanacaqda duranlardan birinin cibindən düşən puldu?

Xanımacıqlı-acıqlı dilləndi:

- Sizinpulunuzdu?

- Xeyr! – dedik.

- Onda sizindeyilsə, əl çəkin məndən, pulu tapmışam, vəssalam! Heç kimə də verən deyiləm!Ağlı var, kimsə pul itirməsin. Yerə düşübsə, götürməliyəm, mən oğru-zad deyiləmki!

Düzdür, o qadınoğru deyildi. Amma ona halal və vicdanlı insan da demək olmazdı. Çünki halal vəvicdanlı adam ən azından tapdığı pul və aşya barəsində qanunla hüquq-mühafizəorqanlarına, lap elə yaxınlıqdakı polisə müraciət edə bilər. Və bununla da onunsahibi axtarılar, kimin halal haqqı isə onun özünə verilər. Çox təəssüf ki,bizdə bəzi insanlar başqalarının haqına girməyi və onu yeməyə öyrəşiblər.

... Yadıma bir hədisdüşür. Çox varlı bir adam dünyasını dəyişir. Onun da övladları deyirlər ki,bizim dədəmiz camaata zülm eləyib, onalrın haqqını yeyib. Qəbir evindəsorğu-suala tutulanda cavab verə bilməyəcək. Qoy kənddən bir halal adam tapaq,bir küpə qızıl verək, dədəmizin günahının yarısını boynuna götürsün. Yoxsa dədəmizo qədər günah eləyib ki, onu cəhənnəm odunda yandıracaqlar. Kənddə çox zəhmətkeş,halal, alın təriylə yaşayan bir kişi varmış. Onu tapırlar və bir küpə də qızılverirlər ki, atamız dəfn olunanda gecə onun yanında qalarsan, günahınınyarısını boynuna götürərsən. Kişi deyir ki, mənə qızıl küpəniz lazım deyil.Gedib axşam o dəfn olunandan sonra yanında qalaram. Kişi dəfn olunur, hamıqayıdıb kəndə gəlir. O təmiz adam da qəbrin bir tərəfində uzanıb sorğu-sual edənlərigözləyir. Bir müddətdən sonra inkir-minkir gəlir, görür ki, burda bir ölü var,bir diri. Deyirlər ki, birinci bu dirini sorğu-suala tutaq, görək kimdi vəburda neyniyir?! Onlar həmin kişinin adını, soyadını və atasının adınısoruşurlar. Deyirlər ki, hə, sən çox təmiz və halal adamsan. Amma sənin birgünahın var. Yadındadı, yolla getdiyin yerdə şalvarın düşürdü, yerdən bir kəndirigötürüb şalvarı bağladın. Bax, o kəndir sənin deyildi, o kəndiri niyəgötürmüsın? Kişi görür ki, sorğu-suala cavab vermir, tez aradan çıxıbbaşıalovlu qayıdır kəndə bu varlı kişinin oğlanlarının yanına. Deyir ki, gedinatanızın zibilinə yiyə durun. Mən bir kəndiri götürdüyümə görə suallara cavabverə bilmədim. O ki, qala camaata zülm eləmiş və insanların dərisini soymuş dədənizingünahları ola.

Biz insanlar çoxvaxt kiminsə haqqına girməyi, əlindəki, ovcundakı nə varsa almağı çox asanbilirik. Amma hər şeyin bir sorğu-sualı, bir zamanı var. Və o zaman gəlməmişə qədərheç olmasa özümüz-özümüzə dəyər verməli, kimlərinsə halal haqqını basıb yeməkdənçəkinməliyik. Ürəyində və qəlbində Allah sevgisi, vicdanı olan insan heç vaxtkiminsə halal haqqına göz tikməməlidir. Çünki kiminsə haqqını yeməyin geci-tezivar. Bir çox insanlar nə Allaha inanırlar, nə qanundan qorxurlar, nə də içlərindəvicdan hissi var. Təbii ki, bu hisslərdən və duyğulardan məhrum olan adamlar nəyədesən gedərlər.

Amma Allahdanqorxmaq lazımdır. Və o cümlədən kimsə yolda ayağının altından 3-5 manat demirəm, 50-100 manat tapırsa, heçolmasa onun sahibini axtarsın. Əgər sahibini tapmırsa, gedib hüquq-mühafizəorqanlarına müraciət eləsin. Axı tapdığın o pul sənin deyil. Və günlərin birindəsən də nəsə itirə bilərsən və gözün axtara-axtara qalar...

... Bir hadisənidə danışım, yazıma nöqtə qoyaram. Bir-iki il bundan əvvəl yay vaxtı işə gələndə39 nömrəli marşrutda "Azərbaycan” nəşriyyatının yanındakı dayanacaqda düşəndəiş vəsiqəm və 190 manat pul yerə düşür. Və mənim də bundan xəbərim olmur. Səndemə, mənim də arxamca "Molla Nəsrəddin” jurnalının redaktoru və bir əməkdaşı gəlirmiş.O da vəsiqəni və pulları götürüb düz bizim 6-cı mərtəbəyə qalxır. Rüstəm müəlliminotağında əyləşmişdim. Bir də eşitdim ki, soruşurlar ki, Faiq Qismətoğluhardadı? Otaqdan boylanıb dedim ki, burdayam. Jurnalın redaktoru soruşdu:

- Müəllim, görünnə itirmisiniz?

Əlimi köynəyimindöş cibinə apardım. Dedim ki, vəsiqəm və 190 manat pul hardasa düşüb. Mənisoyuq tər basdı. Redaktor gülümsədi və dedi:

- Vəsiqənizi də,pullarınızı da tapmışıq. Buyurun, götürün!

Gözlərimə işıq gəldi.Pulun üstündən götürüb onlara uzatdım. Amma redaktor dedi ki, müəllim, Allahgöydən baxır, o pulun bir qəpiyi də bizə lazım deyil. Sənin halal haqqındıtapıb gətirmişik. Görünür, siz də əməli-saleh insansınız və bu pul dabizim kimi Allahı sevən bəndənin qabağına çıxıb. Mən də hər iki gözəlziyalıya və jurnalist dostumuza təşəkkür elədim və minnətdarlığımı bildirdim.Bax, belə insanlar da var, o təsvir etdiyimiz qadın kimi olanlar da. İtki çoxpis şeydir. O, sahibinə qaytarılsa, çox gözəl olar...


TƏQVİM / ARXİV