adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2019 14:56
33583
MARAQLI
A- A+

Qurbanlarının cəsədindən sabun, keks düzəldən Leonarda

Tarixdə bir çox amansız qatillərin qurbanlarını ağıla gəlməyən üsullarla öldürdüyünü bilirik, ancaq bu qatil qurbanlarını öldürdükdən sonra ağıla gəlməyəcək bir şey edir.

Leonarda Cianciullini deyirəm.

Onun adını və hekayəsini eşidəndə Patris Züskindin "Ətriyatçı” romanı yadıma düşdü.

O romanda bütün hadisələr XVIII əsrdə Fransada cərəyan edir. Qrenuy Parisdə balıq satılan palçıqlı bir küçədə doğulur və ordakı ilk aldığı iyrənc qoxu ilə hamıdan fərqli bir qabiliyyət sahibi olur. İnsanların qoxusu olmadığı üçün ondan çəkindiklərini və nəhayət özü də bunun həqiqət olduğunu anladığı gün o qatilə çevrilir. İstədiyi qoxunu əldə etmək üçün tam olaraq Qras şəhərinin 24 ən gözəl, yeniyetmə və ən əsası bakirə qızının qatili olur. Onları öldürərək bədənlərindəki xüsusi qoxunu alır. Amma istədiyi qoxunu alması üçün bir qız qalır ki, bu da Laura adlı kürən saçlı, şəhərin ən gözəl qızı olur. Atası onu nə qədər qorumağa çalışsa da, Qrenuydan qurtara bilmir. Qrenuy nəhayətki, 25 qızın qoxusundan ətir düzəldir. Və elə o gün də tutularaq edam hökmünə məruz qalır. Amma öz qoxusu sahəsində edamdan xilas olur.

İndi gələk bizim Leonardaya.

Hitler amansızlığını və psixopatlığını qəlbində daşıyan bir qatildir.

O, qurbanlarının sümüklərindən sabun düzəldir, bəzilərindən isə keks bişirərək həm özü yeyir, həm də qonaqlarına verirdi.

Leonarda Cianciulli 14 noyabr 1893-cu il tarixində İtalyanın Montella şəhərində gələcəkdə bir psixopat olacağından xəbərsiz şəkildə dünyaya gəlir. Gəncliyində iki dəfə canına qəst etmək istəyən qadın, Raffaele Pansardi adlı bir qeydiyyat məmuru ilə evlənir. Ancaq ana və atası bu evliliyə qarşı çıxır, ailə həyatında onlara rahatlıq vermir. Hətta buna görə Cianciulli anasının onları lənətlədiyini düşünür.

Cütlük daha sonra Larianoya köçməyi qərara alır, ancaq şanssızlıq onları burada da tapır, 1930-cu ildə baş verən zəlzələdə evləri dağılır.

Leonarda daha sonra Correggio qəsəbəsinə köçür və orada kiçik bir mağaza açaraq nəzakəti və sevimli hərəkətləri ilə bir çox insana özünü sevdirməyi bacarır.

Evlilik müddəti boyunca 17 dəfə hamiləlik yaşayan qadın, uşaqlarının çoxusunu itirir və sadəcə 4 uşağı qalır. Daha sonra digər üç övladını da itirən qadın, tək uşağını qorumaq üçün cadu işlərinə başlayır.

Qadına görə uşağını qorumaq üçün 3 qurban vərməsi lazımdı. Bu qurbanlardan sabun düzəldib oğlunu onunla yuyunduracaq, qalanlarıyla da keks düzəldərək oğluna yedirdəcəkdi.

1939-cu ildə qadın bu fikrini həyata keçirir və 3 qadını baltayla amansızcasına öldürür.

Parçalara sodyum hidroksit qataraq qazanda yoğuran qadın, qanın laxtalanmasını və ardından qurumasını gözləyir. Quruyan parçaları yaxşıca üyüdüb un, şəkər, yumurta, şokolad və yağla birliktə yoğuraraq keks halına gətirir ve çayın yanında həm oğluna, həm də qonaqlarına yedirir.

Sabunu isə öldürdüyü digər iki qadını qazanda yaxşıca əridib üzərinə içki və kolonya tökərək sabun halına gələnə qədər qarışdırır. Və sonunda ortaya çıxan sabunla oğlunu yuyundurur.

Daha sonra qonşusu tərəfindən şikayət edilən qadın ömürlük həbs cəzası aldı və 1970-ci ildə həyata gözlərini yumdu. Cinayətlərdə istifadə etdiyi qazan isə Roma Kriminoloji Muzeyində sərgiləndi.