Asəf Quliyav: 50 YAŞA 50 GÜN QALMIŞ
50-nin astanasındayam. Yaşamaq asan deyil. 20-də də asan deyildi. 30-da da asan deyildi. 40-da da asan olmadı...
30 yaşın astanasında maraqlı bir təklif aldım. Avropaya mühacirət etmək. O vaxtlar cəmiyyətin bir az daha fəal vaxtları idi, mən də bir az daha cavan və çilgin. Piketlər, mitinqlər və daha fərqli etiraz aksiyaları. Sağ olsun həmkarlar. Bu aksiyalarda hər biri Avropada sığınacaq almağa bəs edəcək pozada fotolarımı çəkirdilər. Polislərlə dartışma, daha nələr...
Bu fotoları görən nisbətən yaşlı və daha təcrübəli həmkarlarımdan biri "bu şəkillərlə sən Avropada oynaya-oynaya status alarsan”.
Dedim "yox”,
Mənim bir statusum var. AZƏRBAYCAN VƏTƏNDAŞI!
İradəmin əksinə olaraq düz 26 ildir ki, arzu etmədiyim mühacirətdəyəm. Ağdamsızam. Bu dərdin üstünə Azərbaycansızlığıda əlavə edə bilməzdim.
Kimsə Avropaya sığınmasına heç bir iradım və onlara qarşı iddiam yoxdu. Hərə öz həyatını yaşayır.
Heç bir siyasi iddiam da yoxdu.
Mənim iki arzum, iki iddiam var.
Birincisi - Qarabağa qayıtmaq.
İkincisi - bir jurnalist olaraq informasiyanı alanda da, onu yayanda da azad olmaq.
Bunlar üçün hər zaman mücadilədəyəm. Bu mücadilə üçün isə Avropaya getməyə ehtiyac duymuram. Elə burada, Azərbaycanda gücüm çatanı edirəm. Az edirəm, çox edirəm, hər nəysə gücüm çatanı edirəm.
Sonda müdrik ziyalımız 37 sürgününü yaşamış İsmixan Rəhimovun həmişə təkrar etdiyim bir fikrini yada salıram: "İnsan bir qadını sevəndə xoşhal olur. Valideynlərini sevəndə sevinir, çünki borcunu yerinə yetirir. Vətəni sevən insan QÜRURLU OLUR!
Yaşasın Azərbaycan!!!
Digər Xəbərlər
24 Aprel 2024 15:21
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 14:12Saxta anım mərsimində Anna Akopyana qarşı etiraz: “Nikol satqındır"
24 Aprel 2024 13:23Prezident Mülki Prosessual Məcəllədə dəyişiklik etdi
24 Aprel 2024 13:07Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
24 Aprel 2024 13:02