adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Noyabr 2019 12:03
9373
MƏMLƏKƏT
A- A+

“BakuBus”un neçə avtobusu sıradan çıxıb? - AÇIQLAMA

"İndiyə qədər heç bir "BakuBus” avtobusu sıradan çıxmayıb. Avtobuslarda problem yaranacağı təqdirdə təcili tədbir görülür və qısa müddətdə xəttə qaytarılır”.

Bunu Modern.az-a açıqlamasındaBakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayevbildirib.

""BakuBus” avtobuslarında problem yaranacağı təqdirdə reqlament tələblərinə uyğun onlara texniki yardım göstərilir. Hələ ki, heç bir avtobus sıradan çıxmayıb, hər biri normal qaydada xətdə işləyir. Yüngül texniki problemlər yarandığı təqdirdə onları aradan qaldırmaq mümkün olur. Avtobusların ehtiyyat hissəsi Azərbaycanda olmadığı üçün Fransadan gətirilir. Hər bir "BakuBus” avtobusuna vaxtında texniki qulluq göstərildiyi üçün avtobuslarda ciddi problemlər yaşanmır”.


Qeyd edəki ki, ilk dəfə "BakuBus” avtobusları Azərbaycana 2015-ci ildə I Avropa Oyunları ilə əlaqədar olaraq gətirilib. Ölkədə hazırda bu avtobusların sayı 300-dən çoxdur.