adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Noyabr 2019 10:58
18517
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BAŞQA

Heç nəyim yox bu ara
Sönən, ümiddən başqa...
Üstümə üzü qara -
Dönən , ümiddən başqa!

Gücünü toplayıb tək
Bütün hesabları çək!
Ayaq barmağına dək -
Yenən, ümiddən başqa...

Qalıb göz qarasında
Dörd divar arasında...
Sevdin qəb yarasın da -
Dinən, ümiddən başqa!

Sən istəyinə yetdin
Baxmadan çıxıb getdin...
Hər kəsə dua etdin -
Dünən, Ümiddən başqa!