adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Noyabr 2019 09:51
18321
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏN FƏRQLİ BİR KAİNAT

Gözümü yola sərdim
yolun bağrını dəldim...
Döndün, özümə gəldim-
Bir az ruhum dirildi...

Göynəyir üşüyən can
Donur dodağımda qan...
Səni görmədiyim an -
Elə bil ki, bir ildi...

Demə qəliz yazıdı
demə "əlif" hansıdı?
Sevgi əlfbasıdı -
Nə latın, nə kirildi!

Ürəyimi az qanat
Etmə gülüm, ta inad...
Sən fərqli bir kainat -
Əbülfət də sirrindi...