Əbülfət MƏDƏTOĞLU: BEŞ CÜMLƏLİK MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
45792 | 2019-11-14 09:08

Təqribən 10-12gün bundan öncə nəşriyyatın binasında yerləşən poçtdan iş telefonuma zəng gəldi.Dəvət etdilər və düşüb bir bağlama götürdüm. Üzərində göndərilmə ünvanınabaxdım. Barat Vüsalın adını görəndə həqiqətən sevindim. Özüm də iki məqama görəsevindim. Birincisi, dostumun yadında qaldığıma, unulmadığıma, ikincisi isə Baratınyeni kitabını bir oxucu olaraq mənə də hədiyyə etməsinə görə. Elə poçtun özündəqalın zərfin içərisindən çıxardığım kitabın üz qabığındakı şəkil məni öz təsirdairəsinə saldı. Və mən özümü unudub 6-cı mərtəbəyə liftlə yox, piyada qalxdım.Sonradan bu məqamı xatırlayanda bunun təsadüfi olmadığını, hətta hardasakitabın adının bir magik təsirə malik olduğunu düşündüm. Çünki kitabın adındabir "piyada” sözü var idi. Adı dəqiq yazsam, kitab belə adlanır:

- PİYADA ATLI!

Bəli, qəribə birifadədi bu... Piyada və atlı... Buraya və bağlayıcısını bilərəkdən yazdım.Çünki atlının piyada olması düşünən adam üçün çox mənalar ifadə edir. Hətta mənimbildiyimə görə, belə bir deyim də var: savaddan, danışıq qabiliyyətindən və s.kasad olanlara bəzən "piyada” deyirlər. Məsələn, deyirlər ki, filankəs ədəbiyyatdanpiyadadır... Artıq bu, çox mətləbləri ifadə etmiş olur. Bax, bu anlamdanpiyada-atlı artıq mənim söylədiyim öncəki fikri ötüb keçir. Yəni artıq buradapiyadalıqdan yox, bütün mənalarda atlı olmaqdan, hazırlıqlı olmaqdan söhbətgedir. Bax, şeirlərini özü qədər, özünüdə şeirləri qədər sevdiyim (burda bir sirr də açım ki, həyatımda Qazax bölgəsindənNüsrət Kəsəmənli qədər ikinci bir kimsəni həm şair, həm də insan kimi sevməyənbir Qarabağlı olaraq – Ə.M.) Barat Vüsalı da indi həmin sevginin bərabərindəgörürəm. Elə bil ki, o sevgi Nüsrətdən sonra öz ünvanını bir az da genişləndirdi,bir az da böyütdü. Və bundan da təbii ki, şəxsən mən çox məmnunam!



Bəli, oxuyuramBaratın kitabını. Özü də 10-12 gündür yazı masamın üzərindəki bu kitabı açıb cəmibircə şeir oxuyuram. İstəmirəm birnəfəsə oxuyub başa çıxım. İstəyirəm hər günBaratın söz dünyasıyla, ruh aləmiylə təmasda olum. Axı, o, hamıya, eləcə də mənə deyir ki:

Ölüm diləmə ölümə,

Tabedi Allah əmrinə!

Düşsəm o ümman əlinə,

Bu sahildə ölməyəcəm,

Bir şeir de, ölməyəcəm!

Mən bu şeirikitabı ilk açanda oxumuşam və ondan sonra da həmin təsirdən çıxa bilmirəm. Həttaöz-özümə mızıldanıram ki, mən öləndə də kimsə başımın üstündə dayanıb birşeirimi desə mütləq Tanrı mənə möhlət verəcək. Sizə gülməli gələ bilər, ammainanın ki, bu bir həqiqətdir. İçimə, varlığıma hopmuş həqiqət. O həqiqət dəbundan ibarətdir ki, şairlər Tanrı dərgahında da yaşayır. Deməli, Barat Vüsalbu yaşamın poetik şəkildə bizim hər birimizə mesaj edibdi. Onu duyan, duymayanhər bir oxucuya başa salmağa çalışıb ki, o bir şair olaraq əbədiyaşarlıqqazanıb.

Qəribədir ki,növbəti dəfə kitaba əl uzadanda qarşılaşdığım şeirin bəndi məni əvvəlki fikrimdəyanılmadığıma bir daha inandırdı. Belə ki, "Söz davası” şeirində yazır ki:

Heyi kəsilməyib,heyi çoxdur ki,

Heyi kəsilibdirbalam, adamın.

Axı bu dünyada nəyiyoxdu ki,

Bir iki kəlməsiolan adamın!

Zənnimcə, bax eləbu əbədiyaşarlığa verilən buraxılış vəsiqəsi, həm də o haqqa basılan möhürdü. Məntəqdim etdiyim bəndi oxuyandan sonra şeirin əvvəlinə qayıtdım:

Hər gün Füzuli təkdağa gedirəm,

O köhnə dərdimin– o qəmin üstə.

Hər gün sözlərilə dava edirəm,

Bir iki kəlməliksözümün üstə!

Bu şeiribütünlüklə oxudum və buradan Barat Vüsala demək istəyirəm ki, bir şair olaraq,bir ruh adamı olaraq Sən - sözün üstündə əsmək, sözü içində əkib-göyərtməkyükünü dizibərk, qolu qüvvətli, ruhu göy üzündən süzülən, gün işığından da hərarətlibiçimdə olan qardaşımız – bizə, oxucularına az qala beçə balı kimi yedizdirirsən. Buna görə ruhuna, təbinə baş əyirəm!Təşəkkür edirəm! Və sənin bu böyük, bu müqəddəs hədiyyəni öpüb gözümün üstünəqoyaraq atüstü fikirlərimi ürəyimdə həmişə yaşayan böyük Nüsrət Kəsəmənliyəünvanladığım şeirdən bir parçayla tamamlayıram. Bunu ona görə edirəm ki, Sənşairlərin ölmədiyini, ölümsüzlüyünü bu şeirdə bir daha vurğulamısan. Doğrudurqardaş, şairlər ölmür! Nizami də, Füzuli də, Məmməd Araz da, Bəxtiyar da...Nüsrət də yaşayır!..

Bu ölüm deyil,

üstümüzdən

qorxuluğumuzugötürməkdi.

Ölümün özünü qorxuzmaqdı,

Bizdən ötrüözünü

qabağa verməkdi.

Bu ölüm deyil,

qorxmayın, gələndə

arxamızca

rahatca gəlin

deməkdir.

Bu ölüm deyil,

"ölüm ölüm!” deməkdi.

TƏQVİM / ARXİV