ANA SƏHİFƏ / GÜNDƏM

Aqil Abbas: Rəmiş nə vətəndaşdı, nə atadı, nə anadı, nə qardaşdı, o, yalnız ruhdu

“Rəmiş mənim üçün həmin o meymun obrazıdır, yəni ipə-sapa yatmayan adamdı...”

8579    |   2019-11-15 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Rəmiş bir məktəb yaratdı, bu gün Azərbaycanda 100-ə qədər gitarist var və çoxuyla da dostdam. Gəncədə bir gitara ifaçısı var, hələ uşaqdı, amma ifa edəndə dedim ki, nə yaxşı bu uşaqlar var, Rəmiş yaşayır”

Adalet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas Xalq artisti Rəmişin 75 illik yubileyi haqda danışarkən deyib.

A.Abbas bəzən gitara ifaçılarının Rəmişi dandıqlarını bildirib:

"Rəmişin haqqında povest yazmışam, amma onu roman etmək istəyirəm. Mən Rəmiş deyiləm axı, o, qeyri-adi insandı, amma mən yox. Mən də çalışmışam ki, elə edim ki, onun qeyri-adiliyini, virtiozluğunu orda göstərə bilib. Roman artıq hazırdı və bu yaxında kitabı çap edəcəm. Romanın ilk adı beləydi, amma çox uzun idi, "Allahın meymunlara yazığı gəldiyindən sonradan onları insana çevirmədi”, Rəmiş də mənim üçün həmin o meymun obrazıdı, yəni ipə-sapa yatmayan adamdı. Amma romanın adını dəyişdim.

Yubileyi münasibətilə Rəmişə arzu edirəm ki, Allahın verdiyi ömrü yaşasın. Bir var 25 yaşında Messi, bir də var 35 yaşında Messi, bunların fərqi var. Rəmişin 25 yaşlı Messi vaxtı ona televiziyaya və radioya çıxmaq qadağan idi. Müstəqillik dövründən 10 il sonra Rəmişi televiziyaya buraxdılar və artıq 25 yaşlı Rəmişlə, 75 yaşlı Rəmişin arasında çox fərq var. Sizə onun köhnə lent yazılarını təqdim edərəm dəli olarsınız ki, insan belə bir şeymi ifa edər? Azərbaycanda qeyri-adi üç nəfər insan var, onlardan birincisi Vaqif Mustafazadədi, ikincisi Rafiq Babayevdi və üçüncü isə Rəmişdi. Rəmişin o vaxt Mir Şahingil İngiltərədə kasetini buraxdılar. Mir Şahinə zəng vurdum ki, onu Real TV-də versin. O təmiz Rəmişin ifası idi, çünki o, lent üçün ifa etməyib, həmişə toylarda, konsertlərdə onun ifasını köçürüblər.

Rəmiş bir məktəb yaratdı, bu gün Azərbaycanda 100-ə qədər gitarist var və çoxuyla da dostdam. Gəncədə bir gitara ifaçısı var, hələ uşaqdı, amma ifa edəndə dedim ki, nə yaxşı bu uşaqlar var, Rəmiş yaşayır. Mən də gitara ifa edirəm, Rəmişə də iki ədəd elektro-gitara bağışlamışam. Amma onu mən də hamı kimi ifa edirəm. Rəmiş gitarist kimi müəllimlik etməyib, amma onu yaradıb. Necə ki, S.Vurğun Azərbaycan poeziyasını yaratdı və onun dalınca böyük şairlər gəldilər. Rəmiş də gitaranı azərbaycanlılaşdırdı, eyniləşdirdi və ondan sonra gələn sənətkarlar var. Amma elə sənətkarlar var ki, onlardan bəzən başqa sözlər eşidirəm, Rəmişi danırlar, amma onlar Rəmişin yanında heç nədir. Rəmiş nə vətəndaşdı, nə atadı, nə anadı, nə qardaşdı, o, yalnız ruhdu. Desək ki, Rəmiş gedib Qarabağı alacaq, Şuşada gitara ifa edəcək, nağıl olar”.



İmza:

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib

Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru işdən azad olunub

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

Nazirlik Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab verdi

Elmira Süleymanovaya Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

Könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var - RƏSMİ

Könüllü hərbi xidmət üçün müraciət edənlərin hamısı qeydiyyatdadır - Arzu Rəhimov

Vaqif Dərgahlı: Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur

Müdafiə Nazirliyi xəbərdarlıq etdi: Ermənilərdən sizə mesaj gələ bilər

Sahil Babayev: DOST mərkəzləri ilə bağlı işlər davam etdirilir

Azərbaycan bizim canımızdır!

Kütləvi tədbirlər, aksiyalar ölkəni epidemioloji baxımdan çətin duruma sala bilər - Rəşad Mahmudov

Ombudsman cəbhədə yaralanan hərbçilərimizə baş çəkdi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı

SON XƏBƏRLƏR
2020-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.04%)
Pullsuz (10.96%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK