adalet.az header logo
  • Bakı 12°C
14 Noyabr 2019 09:00
11351
MƏMLƏKƏT
A- A+

Vaqif Qarayev: Uşaqlara aşırı qayğı və diqqət!

Bir neçə gün əvvəl ataların biganəliyindən yazmışdıq...Amma atalar həmişə günahkar olmur...Bizdə həyəcanlı,introvert analar uşağını hamıdan,hətta döğma atasından da ciddi-cəhdlə qoruyur(bu gün bir ana deyir ki,istəmirəm atasına oxşasın)....guya uşağa çox diqqət göstərirmiş kimi...

Müəyyən yaşa qədər uşağı qorumaq lazımdır...özü müxtəlif təhlükələri anlayıb dərk edənə qədər...Amma bu "qoruma",diqqət,qayğı əndazəni aşmamalıdı...uşağın müstəqil düşünmə qabiliyyətini əlindən almaq olmaz!Bütün günü uşağı ətraf aləmdən-həmyaşıdlarından təcrid etmək olmaz!Ya qapalı böyüyəcək,ya da eqoist olacaq...

"Sən heç kimlə oynamamalısan", "sən ancaq kitab oxumalısan,şeir öyrənməlisən,royalda ifa eləməlisən","sən mütləq həkim(prokuror,vergi müfəttişi,gömrük işçisi) olmalısan", "sən ancaq bu universitetə daxil olmalısan" və s. və i.a....Şəxsiyyət kimi formalaşmır uşaq..daim ananın komandalarını yerinə yetirməyə məhkum olunur...

Müəyyən yaşa çatdıqdan sonra "SƏN ANCAQ FİLANKƏSİ ALMALISAN(FİLANKƏSƏ GETMƏLİSƏN) komandası gəlir....evləndirir...ondan olan uşağı da özü bildiyi kimi böyütməyə məcbur edir...

Həyat davam edir,amma ŞƏXSİYYƏT yaranmır,formalaşmır....