adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Noyabr 2019 11:50
48388
İDMAN
A- A+

Azərbaycanlı hakimə UEFA-dan təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

Adalet.az-ın məlumatına görə, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.