adalet.az header logo
  • Bakı 22°C
13 Noyabr 2019 11:24
9819
MƏMLƏKƏT
A- A+

BNA əməkdaşları halı pisləşən qadına kömək etdi

Bu gün səhər metronun "Koroğlu” stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Agentlikdən verilən məlumata görə, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən BNA əməkdaşları dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər.

Eyni zamanda təcili tibbi yardım avtomobilin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər göürülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.