adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Atatürkə odun atan Hüseyn Avni üzr istədi - Yılmaz Özdil yazır

16354 | 2019-11-13 10:15

Atatürkbu ölkəni parlament sistemilə idarə etdi.

Məclisbinasının pəncərələrində şüşə yox idi, damında kirəmit yox idi, içi təmirsizidi, elektrik yox idi.

Sədrinkürsüsünün arxasındakı divarda yarıq var idi, oradan soyuq gəlirdi. Ali Fuat paşanınsəccadəsi o yarığın üstünə vurulmuşdu.

Bir məktəbdənoturacaqlar gətirilmişdi, soba qurulmuşdu, kafelərdən toplanan qaz lampalarıtavandan asılmışdı.

Ankaradakirayə ev yox idi, onsuz da heç pul da yox idi. Millət vəkilləri müəllimləryataqxanasında 25 adamlıq koğuş halında qalırdılar, yerdən sərilən döşəkləribitişdirib yatırdılar, ədyala bənzər örtüklər sərib otluqlarda, ağaclarınaltında belə yatanlar var idi.

Yemək ciddiproblem idi. Adambaşına 55 qəpik yığıb yemək-içmək alırdılar. Dükanlara nisyəyazdırmırdılar. Pulları var idisə alırdılar, yox idisə almırdılar.

Məclisprotokolları ərizə sənədlərinin arxa tərəfinə, hətta kağız torbalara yazılırdı.

Millətvəkillərinin çoxusu cəbhədə vuruşurdu, indiki kimi "bədəlli əsgər millət vəkili”yox idi!

Atatürkhəmişə qapıdan girəndə sol tərəfdə Diyapağanın yanında otururdu. Önündə həmişə bir dəftər, əlində qələm, kürsüdədanışılanlardan qeyd götürürdü.

Danışmaq üçünsöz istəniləndə qələminin tərsiylə masaya üç dəfə vururdu.

Düşüncələrmüxtəlif idi.

Biət yox idi.

MəclisAtatürkü sevənlərdən çox, sevməyənlərdən ibarətidi, fikir mübadiləsi daimaqızğın gedirdi.

Davalar daolurdu.

Hətta bir gün… Rəsmi nikah üçün tibbi müayinə şərtimüzakirə olunurdu. Gəlin və bəy namizədlərinin mütləq həkim nəzarətindənkeşməsi təklif olunmuşdu. Müxalif qrup "qızlarımızı müayinədən keçirtmərik”deyə bağırırdı.

Atatürk tibbimüayinə təklifini dəstəkləmək üçün kürsüdə idi, çıxış edirdi.

İlk gündənbəri Atatürkə qarşı olan Ərzurum millət vəkili Hüseyn Avni özünü tuta bilmədi,sobanın önündə duran odunlardan birini götürüb kürsüyə tərəf var-gücü ilətulladı.

Məhkəməkatibi olan Hamdinin üzünə dəydi, dişləri qırıldı, ürəyi getdi.

Atatürksoyuqqanlılığını itirmədi. Bu çirkin hücum heç olmayıb kimi davrandı, danışmağadava etdi.

Hüseyn Avniutandı, Məclisdən üzr istədi, sonra da oturdu, susdu.

Ziddfikirlərə açıq idi.

Müxalif birmillət vəkili ona şikayət etdikləri vaxt "namus kriteriyası”nı izah edirdi.

"O məhbusunmüxalifətinə qatlanın, çünki namuslu adamdır, deyək ki, onu çıxardınız, yerinəhəm müxalif, həm də namussuz bir gəldi, nə edəcəksiniz?” deyə soruşurdu.

Məclisdə müxalifət olmasını xüsusilə istəyirdi.

"Məclis”ioyun olsun deyə qurduq? Fikir və qənaətlərini açıq desinlər deyə qurduq.Əlbəttə tənqid edəcəklər, tənqid də vəzifədir, niyə əsəbiləşirsiniz? Yoxsaözünüzdən əmin deyilsinizmi? İcraatınızda müdafiə edə bilməyəcəyiniz nöqtələrmivar?” deyə soruşurdu.

TBMM-də az qalmışdı öldürülə!

Aralarındamillət vəkillərinin də olduğu sui-qəsd şəbəkəsi Laz İsmail və gürcü Yusuf adlıtətikçiləri İstanbuldan Ankaraya gətirmişdi, ciblərinə bol miqdarda pul qoyulmuş,Parabellum markalı tapançalar verilmişdi.

Tətikçilərqonaq dəvətilə Məclisə girib dinləyici sıralarında oturub izləyirmiş kimigörünürdülər, amma kəşfiyyat aparırdılar.

Silahlı basqın planı da hazırlamışdılar. Çankara Köşkünün ətrafında Atatürkün tez-tezgəldiyi Ankara Klubunun ətrafında tez-tez istifadə etdiyi ətrafları gözdənkeçirtdilər. Basqından sonra gizlənəcəkləri fermanı belə bəlli etmişdilər.

Bu iki qəribəadamın Məclisə gəlməkləri, bəzi millət vəkilləri ilə pıçhapıçları, həmişə eynimillət vəkillərinin evinə girib çıxmaqları şübhə yaratdı və izlənmə başladıldı.

Sui-qəsdşəbəkəsi duyuq düşdü, yaxalanacaqlarını anladılar, planı ləğv etdilər.Tətikçilər tez-bazar İstanbula göndərildi.

(Eyni qrup 6 il sonra İzmirdə ortaya çıxdı. Atatürkündə içində olduğu idarə maşınına İzmir Kemeraltıda bombalı hücumplanlaşdırdılar. Qarşı-qarşıya olan dükanlardan bomba atacaqlar, sonra yanküçədə gözləyən maşına minib Urla tərəfə qaçacaqlar, ordan da balıqçı qayığıilə Sakız adasına. Yenə bacarmadılar.)

Amerikalıjurnlaist Clarence Streit "Public Ledger” qəzetinin müxbiri idi. Atatürklə reportajındaeynən bu cümlələri yazdı:

"Digər dövlətbaşçılarında gördüyümüz parıltı və mərasimin heç biri Atatürkdə yox idi”.

Çox az insanməni bu qədər təsirləndirib.

İnsanların onunuörunda ölmək istəyəcəyi tipdı bir adam.

Səmimi bir demokrat.

Qərb ona diktatorgözüylə baxdı, bu adamla qarşılaşmaq və onu Ankarada gündəlik həyatın içindəgörmək, diktator iddiasının axmaqlıqdan savayaı bir şey olmadığını fərq etməküçün kifayətdirş

Məclisin qanunların bağlıdır.

Bütün gücünüdemokratik təməllər üçün istifadə edir.

ABŞ prezidentikimi qadağa haqlarına sahib deyil.

Necə diktatoroldu Atatürk?

Ankaraküçələrində təkbaşına gəzə bilirdi, xalqın arasında kiminləsə rastalaşandadanışırdı, zarafatlaşırdı.

Sakit birözgvənə sahib, gücünün fərqində olan, amma lovğa deyildi.

Onunla görüşəndən sonra yurddaşlarının ona niyə buqədər inandığını, etibar etdiyini anladım.

O dövrdə Ankaradan Vaşinqtona göndərilən Amerikakəşfiyyat bürosunun hesabatlarında TBMM-in tək blokdan ibarət olmadığı, üçqrupa ayrıldığı ifadə edilirdi.

Birinci qrupAtatürkə ürəkdən bağlı olan, onun kimidüşünənlər.

İkinci qruppadşahın maşası, səltənətin davamını istəyənlər idi.

Üçüncü qrup isə əslində demokratiya və padşahlıq arasındahər hansı bir seçimi olmayan, sadəcə maddi mənfəət düşkünləri idi.

1921…

İngilis hökümətiadam göndərdi, Anadolu dirənişindən vaz keçməyi müqabilində Atatürkə istədiyimiqdarda pul və İtaliyada villa təklif etdi.

1923. Fevral ayıidi. Hələ cümhuriyyət elan edilməmişdi. Padşahçı millət vəkilləri TBMMsədrliyinə təklif verdi: "Məmləkətin idarəsindən uzqlaşması, kənara çəkilməsimqabilində Atatürkə xüsusi bir saray təsis edilməsi və ayda 10 min lira maaş!

Məclisdəki padşahçı millət vəkillərinin iki il əvvəlkiutanc verici təklifi İngilis hökümətinin iki il öncəki təklifiylə eyni idi.

"Lozan” görüşləri davam edərkən eyni millət vəkiliqrupu "seçki qanunu” təklif etdi.

Bu təklifə görədoğulduğu şəhər ölkə sərhədləri kənarında qalanlar və qaçqın olaraqyerləşdirildiyi şəhərdə ard-arda 5 il qalmayanlar millət vəkili seçilməyəcəkdi.

Hər şey aydınidi.

"Selanik” artıqölkə sərhədləri xaricində idi.

"Qurtuluşmüharibəsi” boyunca cəbhədən cəbhəyə qaçdığı üçün şəhərdə arxa-arxaya 5 il qalabilməmişdi.

Atatürkün millətvəkili olmasını istəmirdilər.

Öz qurduğuTBMM-dən də çıxarmaq istəyirdilər.

Bu əxlaqsız təklifrədd edildi, amma ən başda Atatürk və bütün qüvvəçilər bilirdi ki, ingiliszzehniyyəti TBMM-də idi.

Atatürkün qardaşı yox idi.

Amma qardaşdanötə bir dostu vardı.

Nuri Conker.

Uşaqlıq dostu, məhəllə, məktəb, silah dostu idi.

Can yoldaşı idi.

Nurisiz süfrəyəgəlməzdi.

Sadəcə Nurininnazını çəkərdi. Sadəcə onun səsini yüksəltmək icazəsi vardı.

Onsuz da davudiidi, qışqıra-qışqıra danışırdı. Əsəbiləşəndə yumruğunu Masaya vura-vura danışırdı.

Atatürk harda,Nuri də orada idi.

Paşa olabilərdi.

Nazir olabilərdi.

Baş Nazir olabilərdi

TBMM sədri ola bilərdi.

İstəmədi.

Təklif beləetmədi.

Dost qalmağıseçdi.

Atatürk bacısını millət vəkili edə bilərdi, etmədi.

Bacısı Makbule1935-ci ildə ikinci dəfə evləndi, Ədirnə millət vəkili Mecdi Boysanla nikahıoldu.

Toy olmadı.

Nikah fotolarıqəzetlərdə dərc olunmadı.

Mecdi Boysanınİstanbul Mecidiyeköydə fabriki var idi. Makbuləylə evlənəndən sonra sürətləvarlanmağa başladı.

Atatürkünqulağına bu barədə pis şeylər gəlib çatırdı.

Bir axşam yeməksüfrəsində Maliyyə naziri Abdülhalik Rendanı yanında oturtdu, "nə eləyirsən elə,bizim qayına mane ol, mənim adımla iş gördüyü zənn edilə bilər. Onun belə birniyyəti olmasa belə elə bilərlər” dedi.

Çox keçədi ki,fabriki bağladılar.

Mecdi Boysanıniflas olduğu eşidildi.

1939-cu ildəmillət vəkilliyi sona çatdı.

Eyni ildəboşandılar.

Atatürk mənəvi uşaqlarını millət vəkili edə bilmədi.

"Siyasətə başqoşmayacaqsınız” deyə vəzissət etmişdi.

Rəhmətə gedəndənsonra siyasi partiyalar mənəvi uşaqları üçün təklif dalında təklif verdilər,CHP daxil, hər dəfəsində "yox” cavabı aldılar.

Atatürk qohumlarını millət vəkili etmədi.

Ata tərəfindənqohumları, əmisinin uşaqları İstanbulda yaşayırdı, onlarla adamın içində xalasıuşaqlarına baş çəkirdi, maraqlanırdı, nəyəsə ehtiyacları varsa Makbuleninvasitəsilə öyrənirdi. Heç birini millət vəkili etmədi.

Atatürkünqohumları Atatürkə yaraşan tərzdə həyat sürdülər. Nə mənfəət tələb etdilər, nədə şöhrə

Mustafa Kemal'in akrabaları, Mustafa Kemal'e yaraşırbir hayat sürdüler.

Son dərəcəmütəvazi, sırdan yurddaşlar olaraq yaşadılar.

Dördüncü,beşinci nəsilləri də bu gün belə davam edirlər.

"Ləyaqət aşiqiyəm”deyən Atatürk heç vaxt kimisə harasa "düzəltməzdi” . Heç vaxt kiməsə day-daylıqetməzdi.

Yaltaqlıqdan,riyakarlıqdan iyrənirdi. Həyatda ən pis şeyin riyakarlıq, ikiüzlülük olduğunudeyirdi.

Dürüst cavablarısevirdi.

"Biri-birimizəhəmişə həqiqəti deyəcəyik, fəlakət gətirsə də, xoşbəxtlik gətirsə də,yaxşı, ya pis olsun, heç vaxt həqiqətdən ayrılmayacağıq” deyirdi.

"Həqiqətin gözlərinin içinə baxmaq lazımdır”deyirdi.

Təriflənilməkdənxoşu gəlmirdi, mövzunu o dəqiqə dəyişirdi.

Hırıldaya-hırıldayatərifləyənləri ətrafından uzaqlaşdırırdı.

"Bunu yanımaburaxmayın, pis davranmayım” deyib xəbərdar edirdi.

1923-cü il...

Bəzi işbaz millətvəkilləri Vətənə xidmətlərinə görə ona pul mükafatı verməyə çalışdı. Hətta beləbir qanun təklifi belə hazırladılar, imza toplamağa başladılar.

Bundan xəbərtutan Atatürk bunun tərbiyəsizlik olduğunu dedi. Həmin o qanun təklifi olan sənədiyanına gətirtdi və şəxsən yırtıb atdı.

*

Yaltaqlığındanbezdiyi adamlara aid kəskin bir bənzətməsi də vardı:

"Zibil qabınıboşaltsanız da dibində həmişə nəsə bir şeylər qalır. Yaltaq adamlar bax həmin ozibil qabının dibində qalan şeylərdi”.

Atatürk mənfəətciladamları da sevmirdi. Həm şəxsi həyatında, həm də TBMM-də özündən uzaq tuturdu.

"Mənə müxalifolanlara bir söz deyəmmərəm, bu onların şəxsi görüşləridi, bunda sərbəstdilər,hətta belə adamları təqdir belə edərəm. Lakin heç bir əsası olmadan, fikriolmadan məni sevən xalqa özünü mənimləymiş kimi göstərənlərin ikiüzlü siyasətlərinədözə bilmərəm” deyirdi.

"Biri-birimizi tənqidetməkdə ancaq fayda var. Bundan heç vaxt zərər gəlməz. Fəqət bunun əksindəndaha çox ziyan gələcəyi bütün təcrübələrdə görülüb” deyirdi.

Bəli...

Qazi MustafaKamal Atatürk bu ölkəni parlament sistemilə idarə etdi.

Həm də bax beləidarə etdi.


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV