adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2019 10:35
14992
SİYASƏT
A- A+

Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

Ukrayna Xarici İşlər naziri Vadim Pristaykonun Azərbaycana səfəri gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib.

Səfir bildirib ki, V.Pristaykonun Bakıya səfəri dekabrda nəzərdə tutulur: "Noyabrın 5-də Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb. Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib. Yəqin ki, nazir dekabrda Bakıya səfər edəcək. Bu səfərlə zəmin yaranacaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin də Azərbaycana səfəri təşkil edilsin”