adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Noyabr 2019 14:36
12300
HADİSƏ
A- A+

İrandakı zəlzələ Culfa və Ordubadda da hiss edilib

Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən

Trend-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.

Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.

Qeyd edək ki, noyabrın 8-də yerli vaxtla saat 02:47-də İran ərazisində baş verən zəlzələ də Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilmişdi.