adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Noyabr 2019 12:01
49626
İDMAN
A- A+

Messi Ronalduya şərik oldu

İspaniya La Liqasının 13-cü turu çərçivəsində "Barselona"nın "Selta"ya 4:1 hesabıyla qalib gəldiyi oyunda Kataloniya klubunun hücumçusu Lionel Messi het-triklə yadda qalıb.

Adalet.az sportinfo.az-a istinadən xəbər verir ki, bu het-trik onun karyerasında 52-ci olub. Oyunda bir qolu penaltidən, ikisini isə cərimə zərbəsindən vuran argentinalı futbolçu, cərimə zərbələsindən vurduğu qolların sayını da 52-yə çatdırıb.

Bundan başqa, Messi bu het-triklə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. İspaniya La Liqasında 34-cü het-triki reallaşdıran Messi, 2009-2018-ci illərdə "Real"ın şərəfini qorumuş Ronaldonun rekorduna şərik olub.