Əbülfət MƏDƏTOĞLU: İSTƏK İŞIĞI

ƏBÜLFƏT MƏDƏTOĞLU
49249 | 2019-11-11 10:30

Özümü toparlayıbyazını diqtə etməyə hazırlaşdığım ana qədər içimdə çox götür-qoy etdim. Bu da səbəbsizdeyil. Dediyim səbəb də elə-belə, yəni ötəri, unudulası məqamları yox, həyatımızınönəmli tərəfini bir xalq, bir məmləkət olaraq varlığımızı ifadə edə biləcək əsasatributlardan biri ilə bağlı idi. Təbii ki, bu yazı sabah (yəni bu gün – Ə.M.)oxucuların masası üzərində olacaq. Və deməli, sabah da (yəni bu gün – Ə.M.)tariximizin önəmli məqamlarından biridir. Artıq hər kəs, istər orta məktəbşagirdi, istər bütün əhali birmənalı şəkildə baxıb qürur duyduğu üçrənglibayrağımızın Günüdür. Və biz bu Bayraq Günündə təkcə onun dalğalanmasını, rənglərini,mahiyyətini, məzmununu deyil, həm də onun uğrunda şəhid olanları, onu öpüb, onabürünüb ölümün üstünə gedənləri xatırlayırıq. Paralel olaraq içimizdə qürurlayanaşı, həzin bir kövrəklik də özünü büruzə verir. Təbii ki, bu sevincin,qazandığımız müstəqilliyin yaratdığı, yaşatdığı ovqatdı!..

Bəli, bax, bu səbəbdənmən yazının ilk hissəsini bir zamanlar yazıb çap etdirdiyim şeirlə oxucuyaçatdırmaq istəyirəm. O şeirdə yazmışdım ki:

Hayf deyilmi

adamın

dəli damarı ola

və sürünə-sürünə

çıxıb gedə

Şuşaya, Cıdır düzünə!..

Orada dirsəklənb

baxa

üçrənglibayrağın altından

göy üzünə!..

Bəli, elə indi dəhəmin fikrimdə qalıram və ağıllılarımızınquyudan çıxarmağa çalışdığı bir daşın aqibətini gözləmədən sürünə-sürünəhəmin üçrəngli bayraqla Şuşaya getməyi dəliliyin ən gözəl nümunəsi kimi qəbuledirəm. Kaş bu dəliliyi edə biləydim...

***

İllərinarxasında qalan ömür payının anlarını vərəqlərə köçürmüşəm, yaddaş vərəqlərinə.İndi həmin o yaddaş kitabını açıb o vərəqləribir-bir çevirirəm. Zarafat deyil, 60 ildən çoxdur ki, yazılıb, cilidlənib bukitab. Sovet dövrünü yaşayanların xatirində olar. O zamanlar idarə və müəssisələrin"qaytanlı kitabı” var idi. Bütün əmrlər, göstərişlər o kitaba yazılardı və heçkim də o kitabda heç nəyi dəyişə bilməzdi. Bax, ömür kitabının yazılarını da, səhifələrinidə dəyişmək artıq nə mənim gücümdə deyil, nə də ən qoluzorlu pəhlivanların. Onagörə də o yazıları birmənalı şəkildə, hətta qəlbimə, ruhuma toxunan çalarlarıilə birlikdə qəbul edir, oxuyur və düşünürəm... Bu ömürdə nədən necə, kimdən nəcür yararlandı? Maraqlı sualdı, elə deyilmi? Siz özünüz də bu barədə düşünün.Onda mənim söylədiklərimlə müəyyən mənadarazılaşacaqsınız...

Təbii ki, burdasöhbət maddiyyatdan, maldan, mülkdən getmir. Əksinə, o lap arxa plana keçir, həttaunudulur. Çünki mənəvi zənginləşmə, iç dünyanın varlanması həmin o maddiyatı azqala sabun köpüyünə çevirir. İnsan bir gilə üzmlə də, hətta sındıranda çürükçıxan bir qozla da sevinə bilir. Axı onun arxasında diqqət dayanır, xatırlanmadurur. Ona görə də atalar deyib ki, "adımı an bir qozla, qoy o da çürükçıxsın”. Görün diqqət nə qədər vacib şərtdi, nə qədər önəmlidir. Hətta qozçürük olsa belə, anıldığın üçün sənə xoşdur. Bax, bu yerdə mən də hər gün, həran anıb, hər anımın dualarını ünvanladığım Allahıma və sənə sevgimi, inamımıyazmaqdan, dilə gətirməkdən yorulmuram. Baxmayaraq ki, bunun qarşılığınınolub-olmayacağını az-çox duyuram. Lakin duysam da yorulmuram, usanmıram. Onsuzda seçim bir dəfə edilir və mən də o şansı artıq istifadə etmişəm. Ona görə də birmənalışəkildə yazmışam ki:


Qoy əlini ürəyiminüstünə

Son pıçıltı qoy əlinədeyilsin...

Şaxta gəlib –üşüyəcək əllərin –

Pıçıltını qoy əlləringeyinsin!..


Mən bilirəmyaddaşı var, yadında –

Son pıçıltıqalacaqdı əlinin...

Sevinəcək səninkimi qadında –

Tam üstünə olacaqdı əlinin...


Toparlayıb songücümlə əlini

Ürəyimin tamüstündə saxlayım...

Əyil, öpüm üzündəkitelini –

Ürəyimin gözlərinibağlayım...


Hələ o vaxt –duyulanda hıçqırtım

Mən etmişəm busevginin zikirin...

Nimdaşlaşıbsüzüləndə pıçıltın –

Çəkəcəyəm əllərininfikirin...

***

Bəli, əslində buşeir parçası həmin o yaddaşın, o yaşamın bir anıdı sözə çevrilir. Və mən də sözəçevrilən həmin o anın içərisində təkcə yaşamamışam, həm də yanmışam. Bu yanğıda bütün vücudumu bürüyüb. Çünki haqdan gələn yanğıdı. Haqdan gələni nə söndürmək,nə də durdurmaq mümkün deyil. O, sönməz bir oddu, var olduqca yanacaq. Burdaobrazlı da deyim ki, yandıqca da yaşadacaqdı bir cınqı ümidlə, kül altdakıqorla!.. Və beləcə, uzanacaq həyatın dolanbacları da, ağrı-acıları da, sevinci,fərəhi, şadlığı, şadyanalığı da. Başımız o qədər qarışacaq ki, günün hardandüşüb harda batdığı unudulacaq, yadımızdan çıxacaq. Bir də onda görəcəyik ki,elə bir yerə, elə bir nöqtəyə gəlib çatmışıq ki, burdan dönüş yoxdur...

Hə, mən bufikirləri sözə, cümləyə çevirə-çevirə düşünürəm ki, nə yaxşı geriyə dönüşmümkünsüzdü. Yoxsa, Yer üzünün mövcud insanlarının ən azından 70 faizi geriyədönüş hüququndan yararlansa, dünyada hansı tufanlar qopar?- bunu təsəvvür etməkmümkündürmü? Mən edə bilmirəm. Ona görə də heç o düşüncəni özümə yaxın daburaxmıram. Çünki geriyə qayıdıb yenidən bu yaşa qədər olan yolu gəlmək yaxşıheç nə vəd etmir. Axı kosmetik dəyişikliklər qısa ömürlü olur. Ona görə də məndaha çox bir məqamı önəmli sayıram. O da SEVGİdir. Həm çevrənə, həm dünyana, həmdə bütövlükdə Allahın qəlbində göyərtdiyinə. Bax, bundan zəruri və həm də doğmaheç nə qəbul etmirəm. Ona görə də hətta bir anlıq ayrılıq da mənə bir il, bir əsrqədər gəlir. Mən də onu ürək göynərtisiylə misralayırm, şeirləşdirirəm:


Gözümü yola sərdim

Yolun bağrını dəldim...

Bir az özümə gəldim–

Bir az ruhumdirildi...


Göynəyir üşüyəncan

Donur dodağımdaqan...

Səni görmədiyiman –

Elə bil ki, birildi...


Demə qəlizyazıdı

Demə "əlif”hansıdı?

Sevgi əlifbasıdı–

Nə latın, nəkirildi!


Ürəyimi az qanat

Etmə gülüm, tainad...

Sən fərqli birkainat –

Əbülfət dəsirrindi...

***

Adətən yazdığımşeirləri, ifadə etdiyim fikirləri sərbəst, rahat mühitdə daha çox araya-ərsəyəgətirə bilirəm. Amma neyləyim ki, çox vaxt bu mümkün olmur. Bax, elə bu yazınınözünü də diqtə edərkən yaşananlar, yaşadıqlarım, eləcə də müşahidələr vəmüşahidələrim bir-birilə baş-başa gəldi. Ona görə də hiss etdim ki, fikirlərimbir az pərən düşdü, adda-budda oldu. Bunun önəmini dərk etsəm də, amma içimdəbir rahatlıq var. Bilirəm ki, həmin o pərən düşmüş fikirlər bir-birilə dil tapabiləcək, yola gedəcək. Ən pis halda mən nə vaxtsa onları yenidən bir araya gətirəbiləcəm. Çünki onlar mənim iç dünyamdan, mənim ruhumdan qopan zərrələrdir. Odünyanın, o için, o ruhun nə qədər önəmli olduğunu mənə qədər sən də bilirsən.Və deməli, Sən də bilidiyin üçün mən meydanda tək qalmayacam. Sən buna imkanverməyəcəksən, ruhlandıracaqsan... Közərən ümidlərimi nəfəsinləalovlandıracaqsan... Bütün bunlardan sonra həmin o fikirləri toplamaq, onu ifadəetmək mənə nəsib olacaqdı.

Hə, bir də bütünbunlarla yanaşı bir məqamı da vurğulamalıyam. Bu da həmin pərən düşən fikirlərinünvanıdı. Yəni onların hara, kimə yönəldilməsidir. Bunu isə mən də, sən dəbilirik. Ona görə də o fikirlərin diriləcəyinə, toparlanacağına heç bir şübhəyeri qalmır içimdə. Sadəcə, möhlət, zaman məsələsi var. Hamı kimi mən də zamanatabe oluram. Axı zamana hamımızın ehtiyacı var!

Bəli, indi buyazını yaratdığı ovqatın içərisində əl-qol ata-ata ağlımdan gəlib keçən bir anıipucuna çevirirəm. Həmin o ipucundan tutub qaranlıqdan işığa, quyu dibindənaşkarlığa çıxmağa çalışıram. İstəyirəm ki, iç dünyamın, duyğularımın ifadəsiolan bir məqamı, yəni o ipucu olan anı sən də görəsən, sən də ona sayqıyla yanaşasan.Əgər bacarsan, uyğun bilsən. Çünki:

Sən elə bilmə ki

asandı

hamıdanuzaqlaşıb

dörd divarla

və özünlə

heç kimin eşitmədiyi

söhbəti etmək...

sən elə bilmə ki

asandı

təklikləqucaqlaşıb

içindəki qübarla

və özünlə

heç kimin işlətmədiyi

sözün

dalınca getmək

sən elə bilmə ki

dörd divar da,

qübar da,

təklik də,

söz də,

söhbət də -

sözə baxandı...

Yox- sözümü kəsmə

belə düşünməyə tələsmə

sən elə bil ki

sənin bildikərin

mənim dərdimin

əlindəki yaxamdı

çəkib arxasıncaaparır

məni...

Həqiqətən hər şeyi olduğu kimi bilmək, hər şeyi olduğu kimi qəbuletmək və yaxamdan tutub arxasınca aparanın səndən nə qədər güclü olduğunu dərketmək çox çətin bir işdi. Bunu hər adam bacarmır. Şükürlər olsun ki, sən bunubacarırsan, sən bunun fərqinə vara bilirsən. Ona görə də mən səninlə bu müstəvidə,bu məqamda həmfikir oluram və bölüşürəm fikrimi, duyğularımı, içimi. Axı, sən həmdə hər şeyi etiraf etdiyim ünvansan. Oünvan bilmirəm necə adlanır, amma az-çox təxmin edirəm. Bu mənə görə müqəddəslikanlayışı kimi bir şeydi və nə yaxşı ki, belədi!..

Və nəhayət, buyazı boyu çatdırmaq istədiyim məqamların sırasına baxıram. Ən böyük istək sürünə-sürünəCıdır düzünə getmək, üçrəngli bayrağınaltından göy üzünə baxmaq... Ən böyük sevgi Sənə ibadət, Sənə qovuşmaq!.. Vəbir də təbii ki, özümü həmin o istəklərə layiq edə bilmək. Düşünürəm ki, bunuelə sənin köməkliyinlə bacara biləcəm. Axı söhbət Şuşadan və Səndən gedir. Gəl,bunu untmayaq!

TƏQVİM / ARXİV