adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Noyabr 2019 17:00
16778
MƏMLƏKƏT
A- A+

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar buraxılır

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, yeni qatarın təyin edilməsində məqsədi Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat08:45-də Bakıdan yola düşəcək vəsaat 13:00-daGəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 08:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat21:15-dəBakıya çatacaq.