Prezident İlham Əliyev Kamboca kralını təbrik edib
Prezident İlham Əliyev Kambocanın kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
25 Aprel 2024 14:44
Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - ŞƏRH
25 Aprel 2024 14:30Fuat Oktay: Qarabağ məsələsi həll olundu, hazırda proseslərin növbəti mərhələsi gedir
25 Aprel 2024 12:55İlham Əliyev və Japarov Cümə məscidinin açılışında
25 Aprel 2024 12:47“Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik” - İlham Əliyev
25 Aprel 2024 10:26