VAXTA İZ SALANLARDAN - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
64957 | 2019-11-08 14:45

TRT Türkiyәnin Sәsi RadiosununAzәrbaycan Türkcәsi Verilişlәri Redaksiyasında işlәyәrkәn "Vaxta iz salanlar”adlı bir radio proqramı yaratmış vә bir il mәtnlәrini yazıb efirdә sәslәndirmişdim.

Rәhmәtә getdiyi gündәn bәriVurğun Әyyub ilә bağlı bir yazı yazmaq istәyir, ancaq heç cürә özümü köklәyәbilmirdim. Sәbәbi dә onun ölümünә inanmaq istәmәmәyim vә fiziki dünyasınınbizimlә vә İzzәddin Hәsәnoğlu demişkәn, bu "külxan” ilә vidalaşmasını heç cürәqәbul etmәmәyimdi. Atalar demişkәn, "sәn nә sayırsan say, gör bir fәlәk nәsayır” vә zalım fәlәk öz bildiyini etdi!

Ankәbut surәsinin 57-ci ayәsindәUlu Tanrı belә buyurub: "Hәr canlı ölümü dadacaqdır, sonra bizә döndürülәcәksiniz!”

Ölüm Tanrı buyruğudursa, ondankim boyun qaçıra bilәr? Mәrhum qardaşım Vurğun da qaçıraydı vә ya indiyә kimitorpaq olub gedәnlәr!… Bu iş növbә ilәdir, növbәsi çatan günah-savab yükünüarxasına çatıb üz tutub Tanrı mәkanına gedir, növbәmiz çatanda biz dә gedәcəyik.

Yaradılışla vә Tanrı ilә bağlıaxtarışlar insan övladının dünyaya ayaq qoymasından bәri davam edib gedir, gәdәcәk.Bir çox din xadimi vә ya alim öncә nәyin yaradıldığı haqda fikir yürüdüb. Mәnәgörә Qalübәlada әn öncә yaradılan şey zamandır. Tanrı ondan sonra bütünvarlıqları yaradıb vә hәr birinin ömrünün vaxtını tәyin edib. Üstәlik, vaxtdediyimiz bu mücәrrәd varlıqdan dünyada güclü nә vardır ki!? Bilәn varsa mәnәdesin, öyrәnmәk istәyirәm. Hәr bir şeyin axırına o çıxır. Çünki hәr birbaşlanğıcın bir bitiş nöqtәsi vardır vә biz ona vaxt, yәni zaman deyirik. Әnmöhkәm vә dağıdılmaz dediyimiz şeyi vaxt elә hala salır ki, gün gәlir onutanımaq olmur.

İnsanın nәmәnә bir varlıqolduğu haqda hәr bir insan, ziyalı, filosof öz fikrini bildirib. Mәnә görәinsanı digәr canlılardan ayıran әn önәmli özәllik onun "mәsuliyyәt” daşımaduyğusudur. Әgәr insan dediyimiz bu varlıq özünün nә olduğunun, nә üçünyaradıldığının mәsuliyyәtini daşıyırsa, varlıq olaraq insandır, ancaqdaşımırsa, insana oxşayan bir mәxluqatdır.

Tanrı bizә bu fiziki bәdәnimiziruhumuzun fәrqinә varaq, insan olmağımızı dәrk edәk vә onun boynumuza yüklәdiyimәsuliyyәti yerinә yetirәk deyә veribdir. Biz dә insandan qeyri canlı varlıqlarkimi acanda yeyir, susayanda su içir vә nәslimizi davam etdirmәk üçün qarşıcinslә ailә qururuqsa vә insan olmağımızın mәnasını belә başa düşürüksә,bağışlayın, həmin şeyləri heyvan da yerinә yetirir! Bәs onda bizim heyvandan fәrqimizhardadır!?

Tanrının şәrәflәndirәrәkdünyaya saldığı bir varlıq olduğunu başa düşmәk hәr bir insana qismәt olmur.İnsan olmağın mәnasını başa düşәnlәr yalnızca Tanrının gücünә boyun әyәn,vaxtın bizә görә әbәdi cizgisindә iz buraxanlardır. İnsan olmağın fәrqinә varanulu babamız Bilgә Xaqan yüzillәr әvvәlindәn bizә insan olmağın mәnasını bu cürbaşa salıb:

"Hәr yanda taqәtsiz vә macalsızyeriyirdiniz. Tanrı lütf etdiyi vә mәnim dә taleyim olduğuna görә xaqan oldum.Yoxsul xalqı dәrlәyib bir yerә yığdım. Kasıb xalqı varlı, az xalqı çox etdim.Türk xalqı üçün gecә yatmadım, gündüz dincәlmәdim. Qardaşım Kül Tiginlә ölümünәçalışdım, cәhd etdim…”

Şanlı tariximizdәn bir sәhifәnidaha burada qeyd etmәk istәyirәm. İstanbulu alan Fateh Sultan Mәhmәd 12 yaşındavali olur, atası Murad Xüdavәndigar bir il sonra taxtı ona tapşırıb bir növ tәqaüdәçıxmaq qәrarına gәlir. On üç yaşlı bir uşağın Osmanlı taxtına sultan olduğunuduyan xaçlılar Osmanlı torpaqlarına hücum çәkib işğala başlayırlar. Fateh dә(II Mәhmәd) atasına xәbәr yollayır ki, gәlib ordunun başına keçsin vә xaçlılaradәrsini versin. Sultan Murad isә oğlunun yolladığı bu xәbәrlәrә fikir vermir.13 yaşlı Mәhmәd qәlәmi götürüb atasına bunları yazır:

"Ata, Osmanlı sultanı sən isən gəlordunun başına keç! Yox, әgәr padşah mən isəm səni ordu komandiri təyin edirəm,gəl ordunun başına keç və xaçlılara dərsini ver!”. Vә Murad Xüdavәndigar ordunun başına mәcbur qalıbkeçir, sәlibçilәrә zәrbә üstünә zәrbә endirir. II Sultan Mәhmәd tariximizdә busözlәriylә hәlә uşaqlıq çağında bir iz salmışdır.

Türk dövlәt gәlәnәyindәdavamlılıq әsasdır. Oğuz xaqandan üzübәri bu gәlәnәk davam edir vә edәcәk. Türkdövlәtinin dövlәtçilik sarayına hәr kim bir kәrpic qoyursa, o unudulmayıb,unudulmayacaq.

Mәrhum Vurğun Әyyubilә Azәrbaycanın milli müstәqillik hәrәkatı zamanı tanış oldum. Dәfәlәrlәgörüşdük, oturub duz-çörәk kәsdik, söhbәtlәr etdik. Onunla son görüşümüz ötәnil Nizami Mәmmәdovun evindә oldu. Әli Şamil vә yoldaşı Әzizә xanım, Nizami bәyinbacısı Elmira xanım, mәn vә yoldaşım Fatma xanımı dәvәt etmişdilәr. Ordagörüşüb doyunca söhbәt etdik. Dünyanın qeylü-qalı insanın başını elә qatır ki,günün, ayın, ilin dә nә cür gәlib sovuşduğunu bilә bilmirsәn. Vaxt bu minvaldagәlib keçdi vә bir dә onun bizlәrlә әbәdi olaraq vidalaşdığını eşitdim, o andada içimdәn bir telin qırıldığını duydum.

Vurğun bәy, Azәrbaycanınmilli müstәqillik yolunda vә maarifçilik tarixindә öz dәst-xәtti ilә vaxtasilinmәz, әbәdi bir iz salıb getdi. Dünya durduqca onun Azәrbaycan dövlәtçiliyininmüstәqillik hәrәkatına vә maarifçiliyinә qazandırdığı bәhrә daim xatırlanacaq,gәlәcәk nәsillәrin ürәyindә hörmәtlә, mәhәbbәtlә yad edilәcәkdi.

Ölümsüzlüyüaxtaranlar çox olub, ancaq onlar bilmәyiblәr ki, ölümsüzlük millәtin ürәyindәsevgi çәlәngi buraxıb getmәkdir. Vurğun Әyyub, yalnızca Azәrbaycanın deyil,Anadolu Türklüyünün dә ürәyindә lideriylә birlikdә nәhәng bir sevgi çәlәngi hörәrәkәbәdi alәmә köç etdi.

Mәkanı cәnnәt olsun!


TƏQVİM / ARXİV