Faiq QİSMƏTOĞLU: O İLLƏR...

FAİQ QİSMƏTOĞLU
50691 | 2019-11-08 12:53

... Elə bil günişığıdı üzümüzə və qəlbimizə düşür... Və elə bil bu gün işığı elə min ildibizim kimi hamının yolunu işıqlandırır... Və elə bil bu hadisələr, bu məqamlar40 il bundan əvvəl yox, dünən baş verib. Dünənə əl atırsan, əlin çatmır. O ki,qala 40 il ola! Hələ heç kəs nə geriyə gedə bilib, nə də qabağa. Çünki zamanı və məkanı dəyişməkinsan gücündən asılı deyil. Və bunlar hamısı ilahi qüvvədir. İnsanın gücü, qüvvəsiancaq ötən günləri, ötən anları və ötən çağları xatırlamağa çatır...

Məşhur bir mahnıvar: "Tələbəlik illəri”. Və o mahnınınbu sətirləri o illərdən uzaqlaşdıqca hər gün, hər an ürəyimizin tellərini silkələyir:

... Sızlar yadadüşəndə

Ürəyimin telləri.

O mehriban, o əziz,

Tələbəlik illəri...

... Tələbəlikillərini yaşayanların hamısının ürəyindəbu mahnının həm musiqisi var, həm də sözləri. Və bu musiqi ilə sözharmoniya təşkil edərək o tələbəlik illərini yaşayan insanların içində, qəlbindəhəmişə yaşayıb, yaşayır və yaşayacaq....

Xoşbəxtlikdənbizim tələbəlik illəri çox gözəl keçib. Bəlkə də ömrümüzün ən qaynar, ən şirin,ən yaddaqalan və ən qayğısız günləri idi o günlər. Qayğısız dedim bir az yekəçıxdı. Qayğımız vardı ey, imtahanı verib yüksək qiymət almaq! Biz AzərbaycanDövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində 1974-1979-cu illərdəoxumuşuq. Çox böyük ziyalılardan, çox böyük alimlərdən, çox böyük elm xadimlərindənvə çox böyük insanlardan dərs almışıq. Və jurnalistika fakültəsi universitetinMəkkəsi sayıla bilər. Ən azından ona görə ki, bizdən əvvəl də, bizdən sonra davə bu gün də orda rüşvət olmayıb. O təmiz, o vicdanlı alimlərin,professorların, müəllimlərin adından "Qurani Kərim”ə əl basaram ki, bu fakültədəişləyən heç bir müəllim tələbədən heç nə ummayıb. Kimisə tapşırıblar, kiməsəqiymət yazıblar, amma onu da təmənnasız eləyiblər. Dünyasını dəyişən böyük müəllimlərimizəAllah rəhmət eləsin, qalanlara Allah can sağlığı versin! Və bu gün də onlarınqarşısında biz tələbələr baş əyirik. Belə kişilərin, belə işıqlı aydınlarınqarşısında baş əymək elə özü də böyük xöşbəxtlikdir.

Bizimburaxılışda çox istedadlı yazıçılar, jurnalistlər, publisistlər var. Həttaaramızada xalq yazıçısı da var. Kiminsə adını çəkib fərqləndirmək istəmirəm.Çünki hərəmizin özümüzə görə bir istedadımız, bir nüfuzumuz, bir oxucumuz var.Və o oxucular da hər birimizə öz dəyərimizi və qiymətimizi verməyi bacarır.Bununla işimiz yoxdur.

...Başqalarından fərqli olaraq mən tələbə yoldaşlarımın xeyrində, şərində aziştirak etmişəm; ya başım qarışıq olub, ya xəstələnmişəm, ya da yasımız düşüb.Amma bu Rəhman Salmanlı ki, var, tam başqa aləmdir. Hamımızın xeyrində, şərində,çətin günündə başıalovlu özünü ora çatdırıb. Gedə bilmədiyi yerə də teleqramgöndərib. Heç yadımdan çıxmır. 1986-cı ilin sentyabrın 25-də atam rəhmətəgetmişdi. Rəhman onu hardan bilmişdi, hardan hiss eləmişdi bilmirəm. Bildiyimodur ki, o, Füzuliyə, Bəhmənli kəndinə teleqram vurmuşdu. Rəhmanın teleqramınıalanda dağ boyda dərdim balacalaşdı və elə bildim bütün tələbə yoldaşlarımyanımdadı, dərdimə çiyin veriblər. Ürəyim elə toxdadı ki. Görüdüm ki, sakitləşmişəmvə dərdin altında əzilmirəm... Dərd bir yerdə çəkiləndə yüngül olur axı!..

Rəhman bizimqrupumuzun ağsaqqalı olub. Elə bu gün də ağsaqqalıdı. Onu bir həftə, 10 güngörməyəndə ürəyim partlayır. O dəqiqə 4-cü mərtəbəyə düşüb "Azərbaycan” qəzetindəkiotağına baş çəkirəm. Bir az söhbətləşirik, ötən günlərə qayıdırıq, tələbəlikillərini yada salırıq və ürəyimizə, qəlbimizə bir rahatlıq, sakitlik çökür.Sanki bir az da gəncləşirik. 40 il əvvələ dönməklə o gözəl günlərimizi, məqamlarımızı,anlarımızı yenidən yaşayırıq. Və Rəhman Salmanlı bizi birləşdirən, biziqovuşduran və bizi bir-birimizə sevdirən həm də bir ağsaqqaldır. Öz səbriylə, təmkiniyləvə ən ağır dərdiylə həmişə çoxlarımıza nümunə göstərib...

Tələbəyoldaşlarımdan xətrini çox istədiyim və böyük hörmət bəslədiyim Gövhər xanımınoğlunun toyuydu. Bu xəbəri mənə elə qrupumuzun ağsaqqalı Rəhman çatdırdı. Sonrada Gövhər xanım telefon açdı və toya dəvət elədi. Çox böyük sevgiylə bildirdimki, gələrəm! Çünki elə tələbə yoldaşlarım vardı ki, 40 ildi görümürdüm və 40ildi ki, onların səsini eşitmirdim. Özümü toy günü çox narahat hiss etdim. Evə gələndə xanımımgördü ki, təyziqim yüksəkdir, ürək döyüntülərim də artıb. Toya da getmək fikrindənvaz keçmək istəyirdim. Çünki bu görkəm və ovqatda istəmirdim ki, uşaqlarımızınqanını qaraldım.

Həyat yoldaşım Rəhiməxanım dedi ki, o qədər də vəziyyətin ağır deyil. Toya get, ovqatınyaxşılaşacaq, tələbə yoldaşlarını görəcəksən, ağrını-acını unudacaqsan. Xanımımhəmişə mənim çətin günümdə, ağır anımda arxamda durub. Mənim kimi mürəkkəbxasiyyətli adamla hər xanım yola getməz. Elə bil Allah-Təala o xanımı göndəribki, get Qismət kişinin oğlu Faiqin nazıyla oyna, onu yola ver. O gözəl xanım dadüz 37 ildir mənim hər cür şıltaqlığıma, hər cür kobudluğuma, hər cür mürəkkəbxarakterimə dözür. Mənim çox şeydən bəxtim gətirməsə də, ailə sarıdan bəxtim"şeş” vurub. Allahıma min şükür!

... Durdumayağa, bir taksi çağırdım. On dəqiqədən sonra həyətə gəldi. Düşüb maşına əyləşdimvə şadlıq sarayına getdim. Elə maşına minən kimi ovqatım yaxşılaşdı, özümünormal hiss elədim. Şadlıq sarayına girəndə isəbir qədər də yaxşılaşdım. İkinci mərtəbədə Gövhər xanımın həyatyoldaşını gördüm. İlk dəfə gördüyümə baxmayaraq, uzun illərin tanışı kimiqucaqlaşıb öpüşdük və onu təbrik elədim. Sonra mələk sifətli, çöhrəsində həmişənur olan Gövhər xanımla görüşdük. Onu da bağrıma basdım. "Oğul toyunuz mübarək!”– dedim. O isə dilləndi ki, Allah sənin oğluna da toy qismət eləsin və mən də gəlibbeləcə səni bağrıma basım.

... Gözümhansısa masada əyləşən tələbə yoldaşlarımı axtarırdı. Elə gözümə birinci RəhmanSalmanlı sataşdı. Gəlib tələbə yoldaşlarımızın əyləşdiyi stola yaxınlaşdım.İlahi, burda kimi görmədim. Gözəllər gözəli Yeganəni, Floranı, Əməli, Həqiqəti,Zemfiranı, Xavəri, oğlanlardan Elşadı, Habili, Tofiqi, İbrahimi, Əkbəri...Onları görəndə gözümə işıq gəldi. Qızlarımızın alnından öpdüm, saçlarına sığalçəkdim. Hamısı mən yaşdaydı. Qapqara saçlar ağarmışdı. Həyat öz işini görmüşdü.Onlara və özümə bir təsəlli verdim. Dedim ki, saçımız ağarsa da, yaşa dolsaqda, ürəyimiz cavandı... ürəyimiz işıqlıdı... ürəyimizdəki 40 il bundan əvvəlkixatirələr yenidən oyanır... qəlbimizin və ürəyimizin səsi bizə deyir ki, hələ həyatqabaqdadı... siz övladlarınızın toyunu görməlisiniz, nəvələrinizin xeyir işinəağsaqqallıq eləməlisiniz, elçi getməlisiniz, xeyir-dua verməlisiniz...

... 40 il üzünügörmədiyim o tələbə yoldaşlarımdan heç doymadım. Nə Gövhər xanımdan doydum, nəYeganə xanımdan, nə Flora xanımdan, nə Əməl xanımdan, nə Zemfira xanımdan, nə dəXavər xanımdan, nə də Həqiqət xanımdan. Elə bil bacılarımla görüşdüm... elə bil40 il bundan əvvəlki səslərini yenidən eşitdim... və elə bil onları görməklə ürəyiməbir yaz yağışı yağdı... Və bu yaz yağışı səhraya, tək-tük ağaclara necə həyatverirsə, onlarla görüşməyim də mənim ürəyimə və qəlbimə elə bir işıq və elə birnur bəxş elədi...

Bizim uşaqlaryekəxana deyillər... bizim uşaqlar özündənrazı da deyillər... Və bizimuşaqların ürəkləri ipək kimi yumuşaqdı. Çünki hər dəfə bir-birimizlə görüşəndəo yumuşaq ürəklər bir az da yumşalır, gözlərimiz dolur və bir-birimizə bir azda ürəkdən bağlanırıq. Elşad da belə oğlandı, Habil də belə oğlandı, İbrahim dəbelə oğlandı, Əkbər də belə oğlandı, Rəhman da belə oğlandı, Tofiq də beləoğlandı...

Bizim bölünməyənheç nəyimiz yoxdu. Təkcə adam dərdini bölməməlidir. Çünki dərddən əlavə birsevinc də var. İnsan dərdini böldüyü kimi, sevincini də bölməyi bacarmalıdır.Adam sevincini bölməyəndə dərddən ürəyi partlaya da bilər. Və mənim bacım mələksimalı Gövhər xanım Rzayeva oğlunun toy sevincini bizimlə bölüşürdü. Nə gözəlxoşbəxtlik, nə gözəl gün!..

Bizim tələbəyoldaşlarımız arasında son dərəcə böyük ürəyi olan, mərdliyi və kişiliyi iləhamımızın qəlbində böyük yer tutan Elşad Həsənov da var. O Elşad Həsənov ki,uzun illər Milli Təhlükəsizlik Nazirliyində işləyib, polkovnikdi. Sonra başqa məsulvəzifələrdə çalışıb. Kişi oğlu kimi vəzifələrdə çalışanda dəyişmədi. Tələbəyoldaşlarımızdan kim onun qapısını açıbsa, ayağa qalxıb, qulluğunda olub, öz məhəbbətinivə səmimiyyətini göstərib. Mən onunla Mingəçevir şəhərində Dövlət TəhlükəsizlikŞöbəsinin rəisi olanda görüşdüm. Ancaq məni buraxmadı. Axşam dostlarıyla bizəçox böyük bir ziyafət verdi. Səhəri gün də gəlib bizimlə görüşdü, şəhərə yolasaldı. Və dedi ki, bilin ki, sizin burda bir qardaşınız var. Mən də dedim ki,ay Elşad, sən ki, bu yüksək vəzifədə dəyişmədin, tələbə yoldaşlarına diqqətlioldun, Allah üzünü ağ eləsin və Ulu Yaradan sənə kömək olsun!

Allah Gövhərxanımın balasını da xoşbəxt eləsin! Və bu toy 40 ilin ayrılığına, həsrətinə sonqoydu. Və orda da dostumuz Elşad müəllim dedi ki, arada vaxtımız olanda yığışıbyenidən görüşək və bu 40 illiyi yenidənkeçirək.

Mənim ən çoxxatırladığım və yada saldığım iki müqəddəs an var: biri orta məktəb illəri,biri də tələbəlik illəri. O illəri elə bir gün olmur ki, yada salmayım,xatırlamayım. Yada düşən həm də orta məktəb və ali təhsil ocağında olan müəllimlərimdi.O illərin həsrətini o qədər çəkəcəyik. Ancaq həsrətdən sonra isə həmişə birvüsal var və o vüsal bizi bir-birimizə qovuşdurur, yaxınlaşdırır, sevdirir. Təkibütün həsrətlilər, ayrı düşənlər yenidən qovuşsunlar və yenidən xoşbəxt günlərini,xoşbəxt anlarını yaşasınlar...


TƏQVİM / ARXİV