hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: O İLLƏR... Adalet.az | Faiq QİSMƏTOĞLU: O İLLƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: O İLLƏR...

4108    |   2019-11-08 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Elə bil gün işığıdı üzümüzə və qəlbimizə düşür... Və elə bil bu gün işığı elə min ildi bizim kimi hamının yolunu işıqlandırır... Və elə bil bu hadisələr, bu məqamlar 40 il bundan əvvəl yox, dünən baş verib. Dünənə əl atırsan, əlin çatmır. O ki, qala 40 il ola! Hələ heç kəs nə geriyə gedə bilib, nə də qabağa. Çünki zamanı və məkanı dəyişmək insan gücündən asılı deyil. Və bunlar hamısı ilahi qüvvədir. İnsanın gücü, qüvvəsi ancaq ötən günləri, ötən anları və ötən çağları xatırlamağa çatır...

Məşhur bir mahnı var: "Tələbəlik illəri”. Və o mahnının bu sətirləri o illərdən uzaqlaşdıqca hər gün, hər an ürəyimizin tellərini silkələyir:

... Sızlar yada düşəndə

Ürəyimin telləri.

O mehriban, o əziz,

Tələbəlik illəri...

... Tələbəlik illərini yaşayanların hamısının ürəyində bu mahnının həm musiqisi var, həm də sözləri. Və bu musiqi ilə söz harmoniya təşkil edərək o tələbəlik illərini yaşayan insanların içində, qəlbində həmişə yaşayıb, yaşayır və yaşayacaq....

Xoşbəxtlikdən bizim tələbəlik illəri çox gözəl keçib. Bəlkə də ömrümüzün ən qaynar, ən şirin, ən yaddaqalan və ən qayğısız günləri idi o günlər. Qayğısız dedim bir az yekə çıxdı. Qayğımız vardı ey, imtahanı verib yüksək qiymət almaq! Biz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində 1974-1979-cu illərdə oxumuşuq. Çox böyük ziyalılardan, çox böyük alimlərdən, çox böyük elm xadimlərindən və çox böyük insanlardan dərs almışıq. Və jurnalistika fakültəsi universitetin Məkkəsi sayıla bilər. Ən azından ona görə ki, bizdən əvvəl də, bizdən sonra da və bu gün də orda rüşvət olmayıb. O təmiz, o vicdanlı alimlərin, professorların, müəllimlərin adından "Qurani Kərim”ə əl basaram ki, bu fakültədə işləyən heç bir müəllim tələbədən heç nə ummayıb. Kimisə tapşırıblar, kiməsə qiymət yazıblar, amma onu da təmənnasız eləyiblər. Dünyasını dəyişən böyük müəllimlərimizə Allah rəhmət eləsin, qalanlara Allah can sağlığı versin! Və bu gün də onların qarşısında biz tələbələr baş əyirik. Belə kişilərin, belə işıqlı aydınların qarşısında baş əymək elə özü də böyük xöşbəxtlikdir.

Bizim buraxılışda çox istedadlı yazıçılar, jurnalistlər, publisistlər var. Hətta aramızada xalq yazıçısı da var. Kiminsə adını çəkib fərqləndirmək istəmirəm. Çünki hərəmizin özümüzə görə bir istedadımız, bir nüfuzumuz, bir oxucumuz var. Və o oxucular da hər birimizə öz dəyərimizi və qiymətimizi verməyi bacarır. Bununla işimiz yoxdur.

... Başqalarından fərqli olaraq mən tələbə yoldaşlarımın xeyrində, şərində az iştirak etmişəm; ya başım qarışıq olub, ya xəstələnmişəm, ya da yasımız düşüb. Amma bu Rəhman Salmanlı ki, var, tam başqa aləmdir. Hamımızın xeyrində, şərində, çətin günündə başıalovlu özünü ora çatdırıb. Gedə bilmədiyi yerə də teleqram göndərib. Heç yadımdan çıxmır. 1986-cı ilin sentyabrın 25-də atam rəhmətə getmişdi. Rəhman onu hardan bilmişdi, hardan hiss eləmişdi bilmirəm. Bildiyim odur ki, o, Füzuliyə, Bəhmənli kəndinə teleqram vurmuşdu. Rəhmanın teleqramını alanda dağ boyda dərdim balacalaşdı və elə bildim bütün tələbə yoldaşlarım yanımdadı, dərdimə çiyin veriblər. Ürəyim elə toxdadı ki. Görüdüm ki, sakitləşmişəm və dərdin altında əzilmirəm... Dərd bir yerdə çəkiləndə yüngül olur axı!..

Rəhman bizim qrupumuzun ağsaqqalı olub. Elə bu gün də ağsaqqalıdı. Onu bir həftə, 10 gün görməyəndə ürəyim partlayır. O dəqiqə 4-cü mərtəbəyə düşüb "Azərbaycan” qəzetindəki otağına baş çəkirəm. Bir az söhbətləşirik, ötən günlərə qayıdırıq, tələbəlik illərini yada salırıq və ürəyimizə, qəlbimizə bir rahatlıq, sakitlik çökür. Sanki bir az da gəncləşirik. 40 il əvvələ dönməklə o gözəl günlərimizi, məqamlarımızı, anlarımızı yenidən yaşayırıq. Və Rəhman Salmanlı bizi birləşdirən, bizi qovuşduran və bizi bir-birimizə sevdirən həm də bir ağsaqqaldır. Öz səbriylə, təmkiniylə və ən ağır dərdiylə həmişə çoxlarımıza nümunə göstərib...

Tələbə yoldaşlarımdan xətrini çox istədiyim və böyük hörmət bəslədiyim Gövhər xanımın oğlunun toyuydu. Bu xəbəri mənə elə qrupumuzun ağsaqqalı Rəhman çatdırdı. Sonra da Gövhər xanım telefon açdı və toya dəvət elədi. Çox böyük sevgiylə bildirdim ki, gələrəm! Çünki elə tələbə yoldaşlarım vardı ki, 40 ildi görümürdüm və 40 ildi ki, onların səsini eşitmirdim. Özümü toy günü çox narahat hiss etdim. Evə gələndə xanımım gördü ki, təyziqim yüksəkdir, ürək döyüntülərim də artıb. Toya da getmək fikrindən vaz keçmək istəyirdim. Çünki bu görkəm və ovqatda istəmirdim ki, uşaqlarımızın qanını qaraldım.

Həyat yoldaşım Rəhimə xanım dedi ki, o qədər də vəziyyətin ağır deyil. Toya get, ovqatın yaxşılaşacaq, tələbə yoldaşlarını görəcəksən, ağrını-acını unudacaqsan. Xanımım həmişə mənim çətin günümdə, ağır anımda arxamda durub. Mənim kimi mürəkkəb xasiyyətli adamla hər xanım yola getməz. Elə bil Allah-Təala o xanımı göndərib ki, get Qismət kişinin oğlu Faiqin nazıyla oyna, onu yola ver. O gözəl xanım da düz 37 ildir mənim hər cür şıltaqlığıma, hər cür kobudluğuma, hər cür mürəkkəb xarakterimə dözür. Mənim çox şeydən bəxtim gətirməsə də, ailə sarıdan bəxtim "şeş” vurub. Allahıma min şükür!

... Durdum ayağa, bir taksi çağırdım. On dəqiqədən sonra həyətə gəldi. Düşüb maşına əyləşdim və şadlıq sarayına getdim. Elə maşına minən kimi ovqatım yaxşılaşdı, özümü normal hiss elədim. Şadlıq sarayına girəndə isə bir qədər də yaxşılaşdım. İkinci mərtəbədə Gövhər xanımın həyat yoldaşını gördüm. İlk dəfə gördüyümə baxmayaraq, uzun illərin tanışı kimi qucaqlaşıb öpüşdük və onu təbrik elədim. Sonra mələk sifətli, çöhrəsində həmişə nur olan Gövhər xanımla görüşdük. Onu da bağrıma basdım. "Oğul toyunuz mübarək!” – dedim. O isə dilləndi ki, Allah sənin oğluna da toy qismət eləsin və mən də gəlib beləcə səni bağrıma basım.

... Gözüm hansısa masada əyləşən tələbə yoldaşlarımı axtarırdı. Elə gözümə birinci Rəhman Salmanlı sataşdı. Gəlib tələbə yoldaşlarımızın əyləşdiyi stola yaxınlaşdım. İlahi, burda kimi görmədim. Gözəllər gözəli Yeganəni, Floranı, Əməli, Həqiqəti, Zemfiranı, Xavəri, oğlanlardan Elşadı, Habili, Tofiqi, İbrahimi, Əkbəri... Onları görəndə gözümə işıq gəldi. Qızlarımızın alnından öpdüm, saçlarına sığal çəkdim. Hamısı mən yaşdaydı. Qapqara saçlar ağarmışdı. Həyat öz işini görmüşdü. Onlara və özümə bir təsəlli verdim. Dedim ki, saçımız ağarsa da, yaşa dolsaq da, ürəyimiz cavandı... ürəyimiz işıqlıdı... ürəyimizdəki 40 il bundan əvvəlki xatirələr yenidən oyanır... qəlbimizin və ürəyimizin səsi bizə deyir ki, hələ həyat qabaqdadı... siz övladlarınızın toyunu görməlisiniz, nəvələrinizin xeyir işinə ağsaqqallıq eləməlisiniz, elçi getməlisiniz, xeyir-dua verməlisiniz...

... 40 il üzünü görmədiyim o tələbə yoldaşlarımdan heç doymadım. Nə Gövhər xanımdan doydum, nə Yeganə xanımdan, nə Flora xanımdan, nə Əməl xanımdan, nə Zemfira xanımdan, nə də Xavər xanımdan, nə də Həqiqət xanımdan. Elə bil bacılarımla görüşdüm... elə bil 40 il bundan əvvəlki səslərini yenidən eşitdim... və elə bil onları görməklə ürəyimə bir yaz yağışı yağdı... Və bu yaz yağışı səhraya, tək-tük ağaclara necə həyat verirsə, onlarla görüşməyim də mənim ürəyimə və qəlbimə elə bir işıq və elə bir nur bəxş elədi...

Bizim uşaqlar yekəxana deyillər... bizim uşaqlar özündənrazı da deyillər... Və bizim uşaqların ürəkləri ipək kimi yumuşaqdı. Çünki hər dəfə bir-birimizlə görüşəndə o yumuşaq ürəklər bir az da yumşalır, gözlərimiz dolur və bir-birimizə bir az da ürəkdən bağlanırıq. Elşad da belə oğlandı, Habil də belə oğlandı, İbrahim də belə oğlandı, Əkbər də belə oğlandı, Rəhman da belə oğlandı, Tofiq də belə oğlandı...

Bizim bölünməyən heç nəyimiz yoxdu. Təkcə adam dərdini bölməməlidir. Çünki dərddən əlavə bir sevinc də var. İnsan dərdini böldüyü kimi, sevincini də bölməyi bacarmalıdır. Adam sevincini bölməyəndə dərddən ürəyi partlaya da bilər. Və mənim bacım mələk simalı Gövhər xanım Rzayeva oğlunun toy sevincini bizimlə bölüşürdü. Nə gözəl xoşbəxtlik, nə gözəl gün!..

Bizim tələbə yoldaşlarımız arasında son dərəcə böyük ürəyi olan, mərdliyi və kişiliyi ilə hamımızın qəlbində böyük yer tutan Elşad Həsənov da var. O Elşad Həsənov ki, uzun illər Milli Təhlükəsizlik Nazirliyində işləyib, polkovnikdi. Sonra başqa məsul vəzifələrdə çalışıb. Kişi oğlu kimi vəzifələrdə çalışanda dəyişmədi. Tələbə yoldaşlarımızdan kim onun qapısını açıbsa, ayağa qalxıb, qulluğunda olub, öz məhəbbətini və səmimiyyətini göstərib. Mən onunla Mingəçevir şəhərində Dövlət Təhlükəsizlik Şöbəsinin rəisi olanda görüşdüm. Ancaq məni buraxmadı. Axşam dostlarıyla bizə çox böyük bir ziyafət verdi. Səhəri gün də gəlib bizimlə görüşdü, şəhərə yola saldı. Və dedi ki, bilin ki, sizin burda bir qardaşınız var. Mən də dedim ki, ay Elşad, sən ki, bu yüksək vəzifədə dəyişmədin, tələbə yoldaşlarına diqqətli oldun, Allah üzünü ağ eləsin və Ulu Yaradan sənə kömək olsun!

Allah Gövhər xanımın balasını da xoşbəxt eləsin! Və bu toy 40 ilin ayrılığına, həsrətinə son qoydu. Və orda da dostumuz Elşad müəllim dedi ki, arada vaxtımız olanda yığışıb yenidən görüşək və bu 40 illiyi yenidən keçirək.

Mənim ən çox xatırladığım və yada saldığım iki müqəddəs an var: biri orta məktəb illəri, biri də tələbəlik illəri. O illəri elə bir gün olmur ki, yada salmayım, xatırlamayım. Yada düşən həm də orta məktəb və ali təhsil ocağında olan müəllimlərimdi. O illərin həsrətini o qədər çəkəcəyik. Ancaq həsrətdən sonra isə həmişə bir vüsal var və o vüsal bizi bir-birimizə qovuşdurur, yaxınlaşdırır, sevdirir. Təki bütün həsrətlilər, ayrı düşənlər yenidən qovuşsunlar və yenidən xoşbəxt günlərini, xoşbəxt anlarını yaşasınlar...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK