adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Noyabr 2019 10:48
49583
İDMAN
A- A+

“Qarabağ”ın direktorundan APOEL açıqlaması

"Qarabağ"ın direktoru Əmrah Çelikel bu gün Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda APOEL-ə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bildirib.

Qol.az saytına açıqlamasında o, komandada əhval-ruhiyyənin yaxşı olduğunu və matçın başlamasını gözlədiklərini söyləyib. E.Çelikel məqsədlərinin Kiprdən sərfəli nəticə ilə dönmək olduqlarını söyləyib: "Əminəm ki, bu gün komandamız Azərbaycan xalqını növbəti dəfə sevindirmək üçün bütün gücünü ortaya qoyacaq”.

Bəs, oyun öncəsi Kiprdə hər hansı problem yaranıbmı?

Ə.Çelikel deyib ki, APOEL tərəfi "Qarabağ"ı yüksək səviyyədə qarşılayıb və onlara göstərilən münasibətdən razıdırlar: "Hələlik bir problemlə üzləşməmişik. Oyuna marağın yüksək olacağına inanıram”.

Xatırladaq ki, APOEL – "Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 21.55-də başlanacaq.