adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Noyabr 2019 15:44
36552
DÜNYA
A- A+

Böyük Britaniyada ilin söz birləşməsi seçilib

Böyük Britaniyanın Kollinz izahlı lüğəti 2019-cu ilin söz birləşməsini seçib.

Adalet.az-ın məlumatına görə, lüğətin versiyasına əsasən həmin ifadə "climate strike” (iqlim tətili) olub.

Lüğətdə qeyd olunur ki, "iqlim tətili" adı 2015-ci il Paris iqlim konfransının ildönümünə həsr olunmuş və bu ilin sentyabrında keçirilmiş tətillərə verilib.

Həmin tətillər bu il isveçli fəal Qreta Tunberqin fəaliyyəti ilə bağlı daha da yayılmışdı.