adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Noyabr 2019 10:47
16838
SAĞLAMLIQ
A- A+

XƏSTƏXANAYA TƏCİLİ YARDIM ÇAĞIRSINLAR, GÜLMƏLİDİR ELƏMİ?!

Qətiyyən, ağlamalıdı.

Jurnalist Natiq Cavadlı sosial şəbəkədə utancverici bir xəbər paylaşıb: «Hazırda 6 saylı Məlikov adına xəstəxanada (Binəqədi) Xəyal Nağıyev ağır durumdadı, ürək damarları tıxanıb. Reanimasiyada olan xəstəni kardioqramma etmək lazımdı, amma aparatlar işləmir. X.Nağıyev təcili başqa xəstəxanaya köçürülməlidi, yaxınlarının isə imkanı yoxdu, xəstəxanada da biganəlik tüğyan edir».

Həkimlərin də ağıllarına gəlmir ki, Təcili Yardım çağırsınlar?! Çünki Təcili Yardım maşınlarının hamısında kardioqram aparatı var. Nə isə…

Xatırladırıq ki, səhiyyə nazirinin maaşını hələ ki, Oqtay Şirəliyev alır.