Musa Yaqub: “Prezident mənə 3 otaqlı ev hədiyyə edib”
Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba 3 otaqlı mənzil hədiyyə edib.
Bu barədə Azvision.az-a Xalq şairi özü məlumat verib. M.Yaqub bildirib ki, mənzil 6 gün əvvəl onun ailəsinə təqdim olunub:
"Mənimlə maraqlanıb, Xalq şairi kimi qiymətləndiriblər. Doğrudur, evlə bağlı müraciət etməmişdim. Bu, onların qiymətləndirməsidir, soruşublar və belə bir qərara gəliblər. Azərbaycan Yazıçılar Birliyi də 20-30 il bundan öncə mənə ev vermişdi. Bu isə Prezidentin hədiyyəsidir. Dövlət başçısına təşəkkür edirəm".