adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Noyabr 2019 12:16
10835
MƏMLƏKƏT
A- A+

Dəmir yollarında sürət artırılacaq - FOTO

Növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq.

Bu barədəOxu.Az-a "Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

Onun sözlərinə görə, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi "Azərbaycan Dəmir Yolları” QSC-nin apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir:

"Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. Həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək”.