adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Noyabr 2019 11:30
23800
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SON PIÇILTININ ŞEİRDƏ ƏKSİ






















Qoy əlini , ürəyimin üstünə
Son pıçıltı ... sus... əlinə deyilsin...
Şaxta gəlr,- üşüyəcək əllərin -
Pıçıltını qoy əllərin geyinsin...

Mən bilirəm, yaddaşı var , yadında
Son pıçıltım qalacaqdı əlinin...
Sevinəcək, sənin kimi qadında -
Tam üstünə olacaqdı əlinin...

Toparlayıb son güc ilə əlini
Ürəyimin lap üstündə saxlayım...
Əyil. öpüb üzümdəki telini -
Ürəyimin gözlərini bağlayım...

...Hələ o vaxt - duyulanda hıçqırtım
Mən etmişəm bu sevginin zikirin...
Nimdaşlaşıb, süzüləndə pıçıltım -
Çəkəcəyəm əllərinin fikirin...