adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Noyabr 2019 10:55
9476
GÜNDƏM
A- A+

Yaponiyada əfsanəvi azərbaycanlı kəşfiyyatçının xatirəsi anıldı

Yaponiyada əfsanəvi azərbaycanlı və sovet kəşfiyyatçısı Rixard Zorgenin qətlinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Adalet.az TASS-a istinadən xəbər verir ki, mərasim paytaxt Tokionun Tama qəbiristanlığında keçirilib.

Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakıda doğulub. Onun atası alman, anası isə rus olub. O Moskvada kəşfiyyatçı dostlarına azərbaycanlı olduğunu bildirirmiş.

1933-cü ildə Yaponiyaya ötürülən Zorge orada məhsuldar fəaliyyəti ilə seçilib. O həm Almaniya səfirliyi, həm də Yaponiyanın hakim dairələri ilə yaxın əlaqə qurmağı bacarıb. Belə ki, Hitler Almaniyasının Sovet İttifaqına hücum edəcəyihaqda məlumatı ilk olaraq məhz Zorge göndərib.

"Ramzay” və "İnson” ləqəbləri ilə fəaliyyət göstərən kəşfiyyatçı sovet qoşunlarının Moskva ətrafında qələbəsinə də öz töfhəsini verib.

1944 ildə Zorge Yaponiya əkskəşfiyyatı tərəfindən həbs olunub və noyabrın 7-də asılaraq edam olunub. 1964-cü ildə o Sovet İttifaqı qəhrəmanı fəxri adına layiq görülüb. Bakıda əfsanəvi kəşfiyyatçıya abidə quraşdırılıb, ətrafında park salınıb.