adalet.az header logo
  • Bakı 13°C
07 Noyabr 2019 10:31
31449
DÜNYA
A- A+

ABŞ Dövlət Departamenti İŞİD-in yeni başçısı haqda xəbərsiz olduqlarını bildirib

ABŞ, Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD terror qruplaşmasının yeni lideri olmuş şəxsin kimliyi barədə demək olar ki heç nə bilmir.

Adalet.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, Amerika hakimiyyəti silahlıların yeni lideri haqqında "demək olar ki heç nə bilmir".

Diplomat qeyd edib: "Onun kimliyi, yəqin ki, heç kimə məlum deyil. Heç kim onun keçmişi haqqında bilmir".

Ötən həftə ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın İŞİD-in yeni liderinin kim olduğunu dəqiq bildiyini söyləyib. Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin terror ilə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls, Vaşinqtonun İŞİD-in yeni liderinin kimliyi barədə dəqiq məlumatının olub-olmaması barədə suala cavab verməkdən yayınıb.