adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Noyabr 2019 18:00
14820
SİYASƏT
A- A+

Vaxtilə "Real"ın sədri İlqar Məmmədovu dəstəkləyənlər indi onu istefaya çağırır

"Real" üzvləri öz potensiallarını reallaşdırmaq istəyirlərsə, İlqar Məmmədov partiya rəhbərliyindən istefa verməlidir.

Trend-in məlumatına görə, bunu Aslan İsmayılov deyib. Vaxtilə "Real" partiyasına böyük ümid bəslədiyini bildirən A.İsmayılov qeyd edib ki, İlqar Məmmədov azadlığa çıxdıqdan sonra çıxışları onda məyusluq hissi yaradıb:

"Bu barədə fikirlərimi açıq şəkildə bölüşdüm. Bu gün hay-küylə istefa verən Azər Qasımlı adımı çəkməsə də tənqidimə cavab olaraq məni ən ağır formada təhqir edib İ.Məmmədovu müdafiə etmişdi. Əminəm ki, A.Qasımlının istefası "Real"ın xeyrinədir. Ancaq yenə əvvəllər dediyim fikrimi bir daha təkrarlayıram. İ.Məmmədov partiya rəhbərliyindən istefa verməli, rəhbərliyə partiyadakı gənclərdən biri gətirilməli və kollektiv idarəetmə davam etməlidir. Əks halda, "Real"ı AMİP-in aqibəti gözləyir".

Xatırladaq ki, "Real" partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə bu gün partiyadan istefa verib.