adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Noyabr 2019 16:49
7857
HADİSƏ
A- A+

İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb

İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər, M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.