adalet.az header logo
  • Bakı 13°C
06 Noyabr 2019 16:20
10283
GÜNDƏM
A- A+

Bernar Arno dünyanın ən varlı insanları siyahısında Bill Qeytsi qabaqlayıb

Zinət əşyalarının istehsalı və ticarəti ilə məşğul olan LVMH (Louis Vuitton Moet Hennessy) korporasiyasının rəhbəri Bernar Arno "Forbes” jurnalının versiyasına görə dünyanın ən varlı insanları siyahısında ikinci yerə yüksəlib.

Adalet.az nəşrin rəsmi saytına istinadla xəbər verir ki, 70 yaşlı Arno və ailəsinin varidatı 107 milyard dollara çatıb. Beləliklə LVMH rəhbəri var-dövləti 106,8 milyard dollar olan "Microsoft” kompaniyasının banisini Bill Qeytsi qabaqlaya bilib. Siyahıda ilk yeri isə əvvəlki kimi "Amazon” online- reteylerinin rəhbəri Ceff Bezos tutur (112,4 milyard dollar).

Qeyd edək ki, Bernar Arno hələ iyul ayında dünyanın ən varlı insanları reytinqində Bill Qeytsi qabaqlasa da, sonradan yenə üçüncü yerə enmişdi. Arno həm də Avropanın ən varlı insanı hesab olunur. (azərtac)