İrandan gələn Azərbaycan vətəndaşı ayaqqabısında narkotik keçirərkən yaxalandı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının tərliklərinin altından hər birində 2 ədəd olmaqla ümumilikdə, 4 ədəd bağlamada ümumi çəkisi 206 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
23 Aprel 2024 11:35
Məktəblilərə tütün məmulatları satanlar cərimələndi
23 Aprel 2024 09:54Azərbaycanda zəlzələ oldu
21 Aprel 2024 12:57Qubadlıda top mərmiləri aşkar edildi
20 Aprel 2024 10:51Ağcabədidə "Mercedes" yandı
19 Aprel 2024 18:04