adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Noyabr 2019 15:30
7276
HADİSƏ
A- A+

İrandan gələn Azərbaycan vətəndaşı ayaqqabısında narkotik keçirərkən yaxalandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının tərliklərinin altından hər birində 2 ədəd olmaqla ümumilikdə, 4 ədəd bağlamada ümumi çəkisi 206 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.