adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Noyabr 2019 16:16
19071
SİYASƏT
A- A+

“Müsavat”ın mitinqi təxirə salındı - YENİLƏNİB

"Müsavat” Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb.

Partiya başqanı Arif Hacılı Trend-ə bildirib ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Müsavat” Partiyasına mitinq üçün ayırdığı ərazi ilə razı deyillər.

Qeyd edək ki, BŞİH "Müsavat” Partiyasının müraciətinə baxıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

15:23

Bakı Şəhər İcra Hakimiyyəti "Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.

Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında "Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyiqeyd edilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.