adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Noyabr 2019 14:40
14497
MƏMLƏKƏT
A- A+

Polis generalı Göyçayda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov noyabrın 23-də Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.