adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Qida Təhlükəsizliyi Agentliyinin bu yazını oxuması çox vacibdir!

13532 | 2019-11-06 13:26

Südsüz pendir var.

Ətsiz sucuq var.

Arısız bal var.

Qlükozanın içinə biraz polen, birazda rəngləndirici və esans əlavə edirlər, bal adıyla satırlar.

Paxlavaya Antep fıstığı yerinəəzilmiş noxud qoyurlar.

Qırmızı bibərdə tozu var.

Tünd qara olsundeyə zeytunu ayaqqabı boyasıyla yuyurlar.

Kiflənmişpendirə gel vurub təzə pendir adıyla soxuşdururlar.

Ağ görünsün deyəboyat toyuğu xlora batırırlar.

Ağ pendirə ərpqatırlar, parlaq görünür.

**

Pendir dedim,ağlıma gəldi. Səhər yeməyində uşaqlarımız ayedirdiyimiz pendiri bazardaəlləməyən qalmır.

Dönərdə bağırsaqvar.

Toyuq dönərindədəri var.

Çirkli əlləri,paltarları olan mikrob yuvası cahil işçilər yemək fabrikinin mətbəxində yatır,qazanlar leş günündə.

TürkiyəZiraatçılar Dərnəyi tək-tək ifşa etdi. Yoğurta donuz sümüyündən düzəldilənjelatin qatılır, yüzdə-yüz dana ətindən hazırlanan kolbasa yoxdur, at-eşşəkətindən düzəldirlər. Şokoladlarda heyvanyemi var. Quru üzüm daha çox qalsın deyə qurudulmamışdan qabaq mazutabatırılır, zeytun tez qaralsın deyə zeytun ovuzlarına paslı dəmir atılır,kantrabanda siqaretlərdə tütünə yonqar əlavə olunur.

Son istifadətarixini asetonla silib endirim günlərində müştərilərə soxuşduran marketlərvar.

**

İstanbuldaşirniyyat evində yoxlama aparıldı, zibillikdən yığdıqları boyat çörəkləriqurudaraq un halına gətirdikləri, tort və şirniyyat bişirdikləri və başqaşirniyyat evlərinə ucuz qiymətə satdıqları üzə çıxdı.

Kakaolu fındıqkremində kakao yerinə keçibuynuzu var.

Kəpəkli deyilənçörəklərə kakaoyla rəng verilir.

Çiy südə dahaçox pendir əldə etmək üçün şəkər gübrəsi vurulur,

Yağlı süd əldəetməkçün marqarin qatılır.

Zeytun yağınakanola qatılır. Əvvəllər ucuz idi deyə ayçiçəyi yağı qatırdılar.Sabah-obirisigün motor yağı qatsalar, təəccüblənməyin.

Təbiiədvaların içinə qurudulmuş ot qarışıdırılır.

Çayı donuzqanıyla rəngləyirlər.

KəndTəsərrüfatı Nazirliyi nəticələri açıqladı. İstanbulda kol börəyindən at ətiçıxdı. Bursada pidecidə eşşək əti çıxdı, Denizlide pidecide bağırsaq çıxdı.Afyonda sucukçuda tüpürcək bezi çıxdı.

Halal qidaroluna girmək üçün dükanlarına dini adlar qoyurlar. "Hacı” baba kafesində eşşəkəti, "hicrət” kafesinin köftəsində at əti çıxdı. Aydında mübarək ramazan ayındaküçə iftarlarının ən böüyk tədarükçüsü olan yemək fabrikində donuz əti tapıldı.

Yəni buqədərini deyim. Türkiyə tarixi boyunca hələ bu qədər donuz ətindən istifadəolunmamışdı.

Qida sənayesindənəzarət edilə bilməyən firma sayı 350 mindən çoxdur. Saxta qida məhsullarınsatışından hər il 12 milyard dollar gəlir əldə edilir.

Heç kanalizasiyaişinə belə yararsız olan adamlar yemək fabrikası açır, sosial layihələri ələalır.

12 milyardolardan pay almak için babasını bile doğrayıp kıymaya katacak karakterdekitipler "catering” işi yapıyor!

Bir başqa məsələ…

Almaniyanındərman devi Bayer toxum və aqrar dərmanlar istehsal edən nəhəng Amerika şirkətiMonsantoyu 66 milyard dollara aldı. Beləliklə toxumu satan da, o toxumuböcəklərdən qorumaq üçün təsərrüfat dərmanı satan, o dərman üzündən xəstələnənadamlara dərman satan da eyni şirkət oldu.

**

Amerikalı birəkinçi yabanı otlar üçün istifadə etdiyidərmanlar üzündən xərçəng xəstəliyinə tutulduğunu iddia edərək Monsantoşirkətini məhkəməyə verdi. İddiası təsdiqlənəndən sonra isə 80 milyon təzminatqazandı.

Çox keçməmişbaşqa bir əkinçi də bu iddia ilə həmin şirkəti məhkəməyə verdi və 78 milyondollar təzminat da o aldı.

Digər bir əkinçidə bu səbəbdən eyni şirkətdən 55 milyon təzminat aldı.

Bunların hamısıson iki il içində oldu.

Və qeyd etməklazımdır ki, həmin dərman üzündən bu şirkətə açılmış 13 min 400 məhkəmə işidaha var.

**

Məsələ budur ki, bu dərman dünyanın bir çox ölkəsindəsatılır. Həm də böyük sayda. Əkinçilər dərmanların thlükəsizliyindən v keyfiyyətindəndaha çox qiymətinə baxır.

İllər əvvəl qadağan olunmuş dərmanların saxtası beləsatılır. Biz də həmin dərmanlarla yetişmiş meyvə-tərəvəzləri yeyirik.

**

Pomidora pambıqdərmanı vurulur, bibərə isə tütün dərmanı.

**

Avropanın artıq istifadə etmədiyi dərmanları bizəsoxuşdurulur.

**

Bu dərmanlar sadəcə torpağı və insanları zəhərləmir.Meyvə ağaclarına atılan bu zərərli dərmanlara görə hər il milyonlarla arı tələfolur, quşlar ölür.

ABŞ-da hər il 72milyon quş bitkilər üçün istifadə olunan bu dərmanlara görə ölür.

**

İndiyə kimi heçkiminsə nardan zəhərləndiyini eşitmişdiniz?

Keçən həftəTürkiyədəbir uşaq nardan zəhərlənərək öldü.

**

Xərçəng artdı, ürək xəstəlikləri artıb. Artıq şəkərxəstəsi olmayan qalmayıb demək olar.

Qida terrorununqurbanları digər terror qurbanlarının sayından daha çoxdur.


Redaksiyadan: 

Belə şeylər bizdən də yan keçməyib. Qida Təhlükəsizliyi Agentliyi tez-tez leş ət, saxta araq istehsal edənləri tapıb üzə çıxarır. Çox vacibdir ki, bu yazını da oxusunlar.



Yılmaz Özdilin "Qida Terroru" məqaləsindən

Dilimizə uyğunlaşdıran: Ulucay Akif 


TƏQVİM / ARXİV