adalet.az header logo
  • Bakı 11°C

Sözdə "erməni soyqırımı"nı tanıyan PADŞAH - Sinan Meydan yazır

16958 | 2019-11-06 13:17

"Sizə and içirəm ki, mən günahsızam! Son sözüm bugün də budur, sabah da. Əcnəbi dövlətlərə xoş gəlmək üçün məni asırlar. Əgərbuna ədalət deyirlərsə, batsın belə ədalət!”. (İcra başçısı Kamal bəy, 10 aprel1919)

"BarışPınarı” hərəkatı ərəfəsində tarama çəkilən türk-amerikan münasibətlərisonrasında keçən həftə ABD Milli Məclisi sözdə erməni soyqırımı layihəsini qəbuletdi.

İmperiyalizm"1915 erməni köçü”nü, 1919-dan bəri Türkiyəyə qarşı bir silah olaraq istifadəedir. Belə ki, ilk olaraq bundan tam 100 il əvvəl 1919-da o zamanınimperiyalist gücü İngiltərə İstanbulu işğal edər-etməz saray hökümətinə "köç”, "qırım”,köçə qarışanları da "qırım təqsirkarı” olaraq qəbul etmişdi. İngilislərə xoş gəlməkistəyən padşah Vəhdətdin isə erməni köçünə qarışanları "qırım suçlusu” olaraq qəbuletmiş və saray hökümətləri əliylə ingilislərə təslim etmişdi.

İngilislərə yarınmaq üçün

30 oktyabr 1918-ciil tarixli Mondros Atəşkəs Anlaşmasından sonra 13 noyabr 1918-də müttəviq dövlətlərİstanbulu rəsmən işğal etdilər.

Padşah Vəhdətdiningilislərə yarınmaq üçün hərəkətə keçdi. Əvvəlcə siyasətən düşmən olduğuİttihatçılara savaş elan etdi. Beləcə ingilislərin güvənini qazanmağa çalışdı.

O, İstanbulunişğalından sadəcə 10 gün sonra 24 noyabr "The Daily Mail”in müxbiriö Price iləsöhbət etdi və o söhbətdə erməni köçündən danışdı:

- Əgər taxtdaolsaydım bu kədərli hadisə yaşanmazdı. İngiltərədə əvvəldən indiyə kimi türklərəqarşı mövcud dostluq hissləri müharibə başlayan zaman həmin dəqiqə yoxolmamışdı. Fəqət ermənilərin öldürülməsi, ingilislərin Türkiyəyə qarşı hisslərindədərin bir dəyişiklik yaratmışdır. Bu pisliklər qəlbimi yaralamışdır. Ədalət çox keçməz, yerini tapar. İngilis millətinəqüvvətli sevgimi və heyranlığımı, Krım müharibəsində ingilislərin müttəfiqiolan atam Sultan Əbdülməciddən miras aldım. İndi bu səbəbdən məmləkətim iləBöyük Britaniya arasında kı dostluq münasibətlərini yeniləyib qüvvətləndirməküçün əlimdən gələni edəcəyəm. (GotthardJaeschke, Kurtuluş Savaşı İle İlgili İngiliz Belgeleri, s. 3, 4)

Bəlli ki padşah Vəhdətdinöz ifadəsilə "İngiltərə ilə dostluq münasibətlərini inkişaf etdirmək üçün”ingilislərin ortaya atdıqları "erməni qırımı”nı qəbul etməkdə heç də tərəddüdetməyəcəkdi.

Vəhdətdin eynimüsahibədə Osmanlını müharibəyə sürükləyən və erməni köçünə qarışanİttihatçıların mütləq cəzalandırılacaqlarını da dedi. (Lütfi Simavi, Osmanlı Sarayının Son Günleri,s. 448-449)

Vəhdətdin 7 dekabr1918-də Ayan Məclisi üzvü Azaryan Əfəndiniqəbul edəndə "ermənilərə qarşı həyata keçirilən vəhşilikdən dolayı” kədəriniifadə etdi. (Tayyip Gökbilgin, Milli Mücadele Başlarken, 1, s. 15)

İstanbuldakı ingiliskomissarı Amiral Artur Calthorpe 10 yanvar 1919-da İngiltərə Xarici işlərnazirliyinə göndərdiyi gizli bir teleqramda padşah Vəhdətdinin, sədrəzəm DamatFeriti Tom Hohlerin yanına göndərərək "ermənilərə qarşı pis davrananları cəzalandırmaqarzusunda olduğunu” və daha aktiv üzvlərdən ibarət bir kabinet qurmağıdüşündüyünü yazdı. (Jaeschke, s. 4) Calthorpe teleqramında bunu da dedi:

"Padşah İngiltərəhökümətinin ingilis müharibə əsirlərinə vəhşicəsinə davrananlar ilə qırımdan məsuliyyətdaşıyanların cəzalandırılmasını istədiyini bilir və İngiltərənin arzulayacağı həradamə elə İngiltərəinin arzusuna görə tutub cəzalandırmağa hazırdır.

Ancaq geniş ölçüdəbir inqilaba gəlincə qiyam olacağından özünün bəlkədə devrilib öldürüləcəyindənqorxmaqdadır.(Bilal Şimşir, Malta Sürgünleri, s. 53)

Kamal bəyin edam qərarınıtəsdiqləyən padşah Vəhdətdin idi.

İnsan ovu: Sözdəqırım günahkarlarının tutulması.

İşğalçı ingilislərsaray hökümətindən iki şey gözləyirdi.

1. İngilismüharibəsi əsirlərinə pis davrananların cəzalandırılması

2. Sözdəerməni qırımına qarışanların cəzalandırılması

24 noyabr 1918-dəTevfik paşa höküməti köç məsələsini araşdırmaq üçün

"Tahkikat-ı Fecayii Komissiyası” qurdu.Anadolu 7 bölgəyə ayrılıb bu bölgələrəköç istintaq heyətləri göndərilməsinə qərar verildi.

16 dekabr 1918-də köçtəqsirkarlarını mühakimə etmək üçün bir Hərbi Məhkəmə quruldu.

7 yanvar 1919-da ingilisböyük komissarı Calthrope Tevfik Paşa hökümətini Xarici işlər naziri MustafaReşit Paşa ilə görüşdü. İngilis komissarı görüşdə "sürgün” əvəzinə "qırım”sözündən istifadə etdi. Mustafa Reşit Paşa Calthorpe-a "erməni qırımımövzusunda bir ciddi rejim məhkəməsi qurulduğunu, təqsirkalrları mhüakiməyəbaşladığını, ədalətin yerini tapacağını” dedi. (Şimşir, s. 52)

Eyni gündəBoğazlıyan İcra başçısı Mehmet Kamal bəy erməni qırımı təqsirilə İstanbuldatutuldu, Bekirağa bölüyünə həbs edildi.

Padşah Vəhdətdinvaxt itirmədən ingilislərin istəyi formada köç təqsirinə qarışanlarıntutulmasını istədi. Bundan əlavə saray hökümətiingilislərin "black list” dedikləri "qara siyahı”lara görə həbslərəbaşladı. 1919-cu ilin yanvarında İstanbulda çoxlu yurdsevər "ingilis əsirlərəpis davranmaq” və "köç təqsirkarı” olaraq tutulub Bekirağa bölüyünə həbsedildi.

13 fevral 1919-cu ildəTevfik Paşa höküməti Danimarka, Hollandiya, İsveç, İspaniya hökümətlərinəmüraciət edərək köç komissiyasına üzv göndərmələrini istədi. Ancaq bu istəyiİngiltərə rədd etdi. Çünki İngiltərə köçün "qırım olmadığının” bilinməyini istəmirdi.Bu səbəblə mövzunun tərəfsiz vəkillərlə incələnməsini gözə ala bilmədi.

Padşah VəhdətdinTevfik Paşa hökümətinin ingilisləri məmnun etməkdə kifayət etmədiyini düşünərəkdaha ağır ingilisçi Damat Ferit hökümətini qurdu.

4 Mart 1919-da qurulanDamat Ferit höküməti 10 Mart 1919-da insane ovuna başladı. Hökümət ingilislərinhazırladığı qara siyahıdakı insanları tutdu. İngilislər 15 Mart - 7 aprel 1919 arasında Damat Ferit hökümətinə61 adamdan ibarət bir "qara siyahı”verdi. Bu siyahıdakı adlar "erməni kırımından şübhəli idilər. Saxlanılanlarınsayı hər keçən gün daha da artdı. (Şimşir, s. 94-100).

Milli Şəhid: Boğazlıyan İcra başçısı Kamal Bəy

Kamal bəy köç ərəfəsindəYozqatda erməni qırımında günahkar bilinərək 7 Ocak 1919-da tutuldu. 5 fevral1919-da Hərb Məhkəməsində mühakimə olunmağa başlandı. İki ay davam edən 18 məhkəməgörüşündən sonra iş başa çatdı. Kamal Bəy daha əvvəl mühakimə olunub bəraətaldığı günahdan kifayət qədər dəlil olmadan mühakimə olundu. Üzvləri arasındaermənilərin də olduğu məhkmədəki şahidlərin çoxu erməniydi. Məhkəmə Kamal bəyiyalançı şahidlərin yalançı ifadələrinə, bəzi dedi-qodulara istinad edib 8 aprel1919-da edama məhkum etdi.

Kamal bəy edamındanöncə vəsiyyətnaməsinin yeddinci maddəsində belə yazmışdı:

"Fərd ölər, millət isə yaşayar və inşallah türk millətiyaşayacaq…”

Padşah VəhdətdinKamal bəyin edamını təsdiqləmək üçün şeyxülislamdan fətva istədi. Bəlli ki Vəhdətdinverilən edam qərarını hüquqi deyil, siyasi bir qərar olduğunu bilir, bu qərarıtəsdiqləyərkən vicdanı narahat olur, bu narahatlığı yüngülləşdirmək üçünşeyxülislamı da günahına ortaq etməyə çalışırdı. Şeyxülislam Mustafa SabriKamal bəyin edam fətvasını hazırlayıb padşaha göndərdi, ancaq padşah fətvanı bəyənməyibdüzəltməyini istədi. Bu ərəfədə fərvanın gəlməyini gözləmədən 9 aprel 1919-daedam qərarnamısini imzaladı. Kamal bəy 10 aprel 1919-cu ildə Çərşənbə günü Bəyazidmeydanında edam edildi. Dəfn mərasimi milli bir üsyana çevrilən Kamal bəyKadıköy Kuşdilində dəfn edildi. Şeyxülislam fətvası isə edamdan bir gün sonra11 apreldə verildi. (Taha Niyazi Karaca, Boğazlıyan Kaymakamı Kemal Bey Olayı,s. 243-283)

Kamal bəyin edamedilməmişdən qabaq sözləri hər şeyi izah edirdi:

"Sizə and içirəm ki, mən günahsızam! Son sözüm bugün də budur, sabah da. Əcnəbi dövlətlərə xoş gəlmək üçün məni asırlar. Əgərbuna ədalət deyirlərsə, batsın belə ədalət!”. (İcra başçısı Kamal bəy, 10 aprel1919)

Bəli,Boğazlıyanın İcra başçısı Kamal Bəy haqlı idi. Vəhdətdin ingilislərə yarınmaqüçün erməni qırımında təqsirləndirilən Kamal bəyin edam qərarını təsdiqləmişdi.

TBMM 14oktyabr 1922-də Kamal bəyi "milli şəhid” elan etdi. Ailəsinə təqaüd verdi.

Qətliam yalanı 1921-ci ildə çökdü

16 dekabr1918-ci ildə qurulan Hərb məhkəməsinin bşaına 19 mart 1919-da "Nemrut MustafaPaşa” və "kürd Mustafa Paşa” ləqəbləriylə tanınan Mustafa Nazım Paşa təyinolundu. Hərb məhkəməsi 11 may 1920-ci ildə Atatürk və silahdaşlarının qiyabiedamına qərar verdi. Yenə erməni köçü ilə günahlandırılan Urfa valisi Nüsrət bəyidə edama məhkum etdi. Nüsrət bəy 5 avqust 1920-ci ildə edam edildi.

Sait HalimPaşadan Ziya Gökalpa qədərə köhnə İttihatçılar bütünlükdə erməni köçündəngünahkar bilinərək məhkum olunmaqları istənildi. Ancaq bütün şübhəlilər erməniqırımında günahkar olduqlarını rədd etdilər. Ortada şübhəliləri günahlandıracaqbir dəlil də yox idi.

17 may1919-cu ildə məhkəməyə çıxarılan Ziya Gökalp belə dedi:

"Millətimizə şər atmayın. Türkiyədə erməni qırımıdeyil, bir türk-erməni savaşı var. Bizi arxadan vurdular, biz də vurduk” (Şimşir,s. 109)

Bu ərəfədə ingilissiyasətini mat etmək istəyən Atatürk türklərə zülm etmiş ermənilərin də mühakiməolunmağını istədi. Mühakimələrdən nəticə ala bilməyən ingilislər Bekirağabölüyündəki saxlanılanları Maltaya sürgün etdilər.

İngilislər Maltasürgünlərini sözdə erməni qırımı təqsirilə mühakimə etmək istədilər. Ancaqingilis Baş Prokurorluğu İstanbuldakı ingilis komisarlığını hazırladığı təqsirləndirmədosyelərinə önəm vermədi. Çünki o dosyelərin içi boş idi. İngilis Baş Prokurorluğu8 fevral 1921-ci ildə İngiltərə Xarici işlər nazirliyinə bir yazı göndərdi.Maltada sürgündə olan 140 türkün sadəcə səkkizi haqqında iddianamə hazırlanabiləcəyini dedi. Onlar da I Dünya müharibəsidə ingilis əsirlərə pis davranmaqdamüahikəm oluna bilərdi.

İngilislərİstanbuldakı bütün arxivlər və sənədləri əllərinin altında olmasına baxmayaraq Maltayasürgün olunmuşları erməni qırımında mühakimə etmək üşün heç bir dəliltapmamışdılar. Bundan əlavə Amerikaya getdilər. Amerikan arxivlərində sənədtapmağa çalışdılar. Vaşinqtondakı ingilis səfirliyi Londona göndərdiyiteleqramda belə deyirdi:

"Kədərlənərən ərzedim ki, amerikan sənədləri içində Maltada tapılan türklər əleyhinə dəlilolaraq istifadə olunacaq heç bir şey yoxdur”.

Lord Curzom 10avqust 1920-ci ildə İstanbul Baş Komissarlığına göndərdiyi bir yazıda Maltayasürgün olunanların mühakimə olunmayacığını dedi. İngilislrə ortada heç bir dəlilolmadığı üçün sürgün olunanları sərbəst buraxdılar. (Şimşir, 17-21)

Bilal Şimşirin "Maltasürgünləri” adlı kitabında dediyi kimi "erməni qətliyamı” iddiası hüquqibaxımdan 1921-ci ildə avqustda çökdü. (Şimşir,s. 21)

Xülasə, sözümün canı bu ki, yüz il əvvəl ingilisimperiyalizminin ortaya atdığı sözdə "erməni qırımı” iddiası – ingilis əməkdaşıpadşah Vəhdətdin bu iddiaları qəbul etməyinə rəğmən 1921-ci ildə çökdü. Türkmillətinin günahsız olduğu hələ o vaxtlarda sübut olundu.



Dilimizə uyğunlaşdıran Eminquey


TƏQVİM / ARXİV