adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Noyabr 2019 11:33
11392
MƏMLƏKƏT
A- A+

Lələtəpə qazisi fəhləlik işi axtarır

"Lələtəpə döyüşündə "İgidliyə görə" medalı alan qazimiz fəhləlik işi axtarır.

Qazi hərbçi Paşazadə Vüsal Ədalət oğlu. Xidməti dövründə 2 dəfə yaralanıb - 2015-ci ildə və 2016-ci il aprel döyüşlərində, Lələtəpə əməliyyatı zamanı. "İgidliyə görə" medalı ilə təltif olunub. Qız övladı dünyaya gələn qazi hazırda ailəsini saxlaya bilmək üçün iş axtarır. Maddi çətinliyinə və evsiz olmasına baxmayaraq, nə ev, nə pul istəyir, sadəcə öz zəhməti ilə dolana bilmək üçün iş axtarır. Hətta fəhləliyə də hazır olduğunu bildirir. 

Qazimizə iş təklif etmək imkanı olanlar bu nömrə ilə onunla əlaqə saxlasınlar: 050 247 22 66