adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Noyabr 2019 10:10
16880
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMƏ,HƏM DƏ SƏNƏ DEDİKLƏRİM

Sən elə bilmə ki,
asandı
Hamıdan uzaqlaşıb,
dörd divarla
və özünlə
heç kimin
eşitmədiyi
söhbəti etmək...

Sən elə bilməki,
asandı
təkliklə qucaqlaşıb,
içindəki qübarla
və özünlə
heç kimin çılpaq ,
üzünə demədiyi
sözün dalınca getmək...

Sən elə bilməki,
dörd divar da,
qübar da,
təklik də,
söz də,
söhbət də...
və daha nələr də
sözə baxandı...

Yox!- tələsmə,
sözümü kəsmə...
Sən elə bil ki,
bütün elə bildiklərin
mənim
dərdin əlindəki
yaxamdı...
Lap bir az da sərt desəm
mənim qaraçuxamdı!..
aparır arxasınca məni...