adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Noyabr 2019 16:25
8618
GÜNDƏM
A- A+

Bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfərin namizədliyi irəli sürülüb

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Adalet.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, 11899 nəfər fərdi qaydada, 11839 nəfərin siyasi partiyalar tərəfindən, 30-nun isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.