adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Noyabr 2019 16:05
33466
DÜNYA
A- A+

Ərdoğan dünyaya səsləndi: 40 diplomatımız şəhid oldu

Buradan bütün dünyaya səslənirəm: ASALA terror təşkilatı 40-a yaxın diplomatımızı şəhid etmişdi. Amma bu erməni terrorunun qarşısında Qərbin bir mövqeyini görmədik.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxışı zamanı deyib.

"Türkiyənin terrorla mübarizə prosesini alqışlamaq əvəzinə, istifadə olunan bir əşya kimi baxdılar. Suriyada terror aksiyaları artanda bütün dünyadan yardım istədik. Zahirdə hər kəs bu təklifi müsbət qarşıladı, amma heç kim tükünü belə tərpətmədi. Bizə nəinki dəstək oldular, hava hücumundan müdafiə sistemlərini söküb apardılar”, - Ərdoğan bildirib.