adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Noyabr 2019 16:00
65907
MƏDƏNİYYƏT
A- A+

Xalq artistinin səhhəti haqda son xəbər

Xalq artisti Yalçın Rzazadənin müalicəsi Türkiyədə davam etdirilir.

Bu sözləri Kult.az-a açıqlamasında Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib.

O, xalq artistinin gələn il ölkəyə qayıda biləcəyini söyləyib:

"Əvvəlkinə baxanda vəziyyəti xeyli düzəlib. Həkimlər göndərmişdilər ki, 3-4 həftə istirahət etsin. Bir aya yaxın Bakıda oldu, sonra da müalicəsinin davamı üçün yenidən Türkiyəyə getdi. Ölkəyə nə vaxt qayıdacağı dəqiq bilinmir. Ola bilsin, yanvar ayından sonra qayıtsın”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, xalq artisti Yalçın Rzazadənin müalicəsini Fond nəzarətə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılaraq əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.