adalet.az header logo
  • Bakı 18°C
05 Noyabr 2019 15:18
34582
DÜNYA
A- A+

Paşinyan: Qafqazda stabilliyi “Rus NATO-su” qoruyur

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı regionda stabilliyin əsas faktorudur.

Adalet.az xəbər verir ki, bunu KTMT nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, KTMT Ermənistan üçün strateji əhəmiyyət daşıyır:

"Bu bizim regionda stabillik və təhlükəsizliyin əsas faktorudur. KTMT çərçivəsində xarici siyasət koordinasiyası, hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik , ümumi təhdidlərə qarşı vahid yanaşma çərçivəsində əməkdaşlıq böyük əhəmiyyət verir. KTMT gərək regionda dəyişən təhdidlərə qarşı adekvat olsun”.